Icma.az
close
up
RU
Döyüş tapşırığını yerinə yetirərkən şəhid olub

Döyüş tapşırığını yerinə yetirərkən şəhid olub

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Torpaq, Vətən uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq  mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha  tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.   İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular.

Murad Valeh oğlu İbrahimov 6 sentyabr 1993-cü ildə Gəncədə anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, elə həqiqi hərbi xidmətdə olanda taleyini orduya bağlamaq qərarına gəlmişdi. Vətən borcunu ödəyib evə dönəndən cəmi bir neçə ay sonra isə yenidən MAXE kimi xidmətə başladı.

Verdiyi qərarla bağlı heç vaxt tərəddüd etmədi, peşman olmadı. Daim işinin peşəkarı olmaq üçün çalışdı. 27 illik ömrünün 9 ilini ordu sıralarında keçirmişdi. Vətən müharibəsinə də ilk gündən həm peşəkar, həm də əsl qəhrəman kimi atıldı və şəhidlik zirvəsinə ucaldı.Murov istiqamətində gedən ilk döyüşdə sücaət göstərən Murad oktyabrın 1-də başlayan ikinci döyüşə də ürəklə atılır, canı-qanı ilə vuruşur. 2020-ci il oktyabrın 1-dən 2-nə keçən gecə Murov dağından Ağdərə istiqamətinə yollanır, həmin istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olur. 

Cüssəcə nisbətən cılız olan Murada rəisləri tərəfindən dəfələrlə arxada təminat işləri aparmaq təklif olunub. Ancaq o, hər dəfə odun-alovun içinə atılıb.
Şəhid Murad İbrahimovun torpaqlarımızın azadlığı uğrunda fədakarlığı ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülüb.Murad İbrahimovun qardaşı da hərbçidir.  Əli adlı  oğlu Vətənə əmanət qalıb.

Müşfiq Mirzə
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Sentyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri