Icma.az
close
up
RU
Şəhid Məharət Həsənovun anası: Mən fəxr edirəm ki, belə bir igidin anasıyam

Şəhid Məharət Həsənovun anası: Mən fəxr edirəm ki, belə bir igidin anasıyam

Icma.az, Azertag saytına istinadən bildirir.

Şirvan, 20 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

44 günlük zəfər yürüşündə könüllü olaraq cəbhəyə yollanan Məharət Həsənov mərdliyi, fədakarlığı ilə Vətənə olan sədaqətini göstərdi. Ən şirin nemət olan canından keçərək şəhidlik zirvəsinə yüksəldi və adını xalqın yaddaşına əbədi həkk etdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Həsənov Məharət Ramil oğlu 1987-ci ildə Şirvan şəhərində dünyaya göz açıb. O, hələ məktəbli olarkən Vətənə sevgisi ilə seçilib. Şəhid anası Xurma Həsənova övladı haqqında danışarkən göz yaşlarını gizlətsə də, qürur hissi ilə bəhs edir: "Məharət kiçik yaşlarından ailəsinə necə bağlı idisə, Vətəninə də elə sədaqətli idi. Dörd övlad anasıyam, hər bir övlad valideyn üçün əzizdir. Amma Məharət davranışı, əxlaqı və istedadı ilə sanki digərlərindən seçilirdi. İdmanı çox sevirdi, xüsusən də güləşlə məşğul olardı. Məktəb illərində həm tərbiyəsi, həm də nizam-intizamı ilə müəllimlərinin və dostlarının rəğbətini qazanmışdı”.

Hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanan Məharət xidmət illərində dörd dəfə fəxri fərmanla təltif olunub. Xidmətdən qayıtdıqdan sonra ailə qurub, bir övladı dünyaya gəlib.

Vətən müharibəsi başlayanda Məharət bir an belə tərəddüd etmədən döyüşə yollanıb. Onun üçün Vətən sevgisi hər şeydən uca idi. Elə bu sevgiyə görə də, torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Çox arzuları vardı Məharətin, amma ən böyük arzusu doğma torpaqlarımızın azad edilməsi idi.

“Bəli, övlad itkisi hər bir ana üçün ən ağır dərddir. Amma bu ağrını yüngülləşdirən, bizə təsəlli verən onların qəhrəmanlığı, ucaldıqları şəhidlik zirvəsidir. Mən fəxr edirəm ki, belə bir igidin anasıyam", - deyə o əlavə edir.

Şəhidin qardaşı Mərhəmət Həsənov deyir ki, Məharət qorxu nədir bilməzdi. Mərd, sözünün ağası, əqidəsinə sadiq insan idi: “2020-ci ildə general Polad Həşimov şəhid olanda, hər ikimiz bir-birimizdən xəbərsiz hərbi komissarlığa müraciət etdik. Qismət elə gətirdi ki, Məharət Vətən müharibəsində iştirak etdi və döyüşlərdə göstərdiyi igidliklə seçildi. Torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucaldı”.

Mərhəmət qardaşından danışarkən onun digərlərinə kömək etməyindən söz açır və xatırlayır: “Xatirimdədir, bir dəfə bacımız oğlunun oxuduğu sinifə gedərkən, sinifdə bir uşağı gödəkçəsiz görmüşdü. Uşaq utanmasın deyə, aldığı gödəkçəni müəllim vasitəsilə həmin uşağa çatdırmışdı. Belə xeyirxahlıq onun həyat tərzi idi. O, başqalarına kömək etməyi sevərdi, bacardığı qədər hər kəsə dayaq olardı”.

O, şəhid ailəsi olaraq dövlətin qayğısını, diqqətini hər zaman hiss etdiklərini vurğulayır. “Məharətin adı hər zaman hörmətlə anılır, doğum və anım günlərində xatirəsi yad edilir. Onunla qürur duyuram”, - deyə şəhid qardaşı bildirir.

Qeyd edək ki, Məharət Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətlərində döyüş əməliyyatlarında iştirak edib. Oktyabrın 15-də şəhidlik zirvəsinə ucalıb. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü“ və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri