Icma.az
close
up
RU
Şəhid övladlarının incəsənət akademiyası” layihəsinin bağlanış mərasimi keçirilib FOTOLAR

Şəhid övladlarının incəsənət akademiyası” layihəsinin bağlanış mərasimi keçirilib FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

17 mart 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin bağlanış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdən əvvəl Beynəlxalq Muğam Mərkəzinin foyesində akademiyanın rəsm qrupunun üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.

Akademiyanın bağlanış mərasimində rəsmi şəxslər, incəsənət xadimləri, şəhid ailələri və KİV nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə layihənin məqsədinin şəhid övladlarının incəsənət sahəsində inkişafına töhfə vermək olduğunu vurğulayıb: "Bu layihə şəhid övladlarının yaradıcılıq potensialını üzə çıxarmaq və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq üçün nəzərdə tutulub."

Mədəniyyət nazirinin müavini Səadət Yusifova akademiyanın iştirakçılarının qazandığı bilik və bacarıqların onların gələcək inkişafına mühüm təsir göstərəcəyini qeyd edib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova layihənin emosional tərəflərinə toxunaraq deyib: "Bu akademiya təkcə incəsənət deyil, həm də şəhid övladlarının mənəvi dünyasına işıq salan bir təşəbbüsdür".

Çıxışlardan sonra layihənin gedişatını və nəticələrini əks etdirən videoçarx nümayiş olunub. 

Rəsmi hissədən sonra tədbir Azərbaycanın tanınmış incəsənət xadimlərinin və akademiyanın musiqi qrupunun üzvlərinin ifalarından ibarət bədii hissə ilə davam edib. Azərbaycan

Respublikasının Xalq Artisti Fidan Hacıyeva, həmçinin Əməkdar Artistlər Təyyar Bayramov, İlkin Əhmədov və Aqşin Abdullayevin akademiyanın üzvü olan şəhid övladları ilə duetləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbir zamanı həmçinin “Qəhrəman övladıyıq” xor qrupunun ifasında sözləri xalq şairi Vahid Əzizə, musiqisi isə Könül Hüseynovaya aid olan “Vətən övladları” mahnısının təqdimatı baş tutub.
Mərasimin sonunda akademiyanı uğurla bitirən şəhid övladlarının mükafatkandırma mərasimi keçirilib. 

Qeyd edək ki, üç ay davam edən “Şəhid övladlarının incəsənət akademiyası” layihəsi çərçivəsində iştirakçılar Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində peşəkar təlimçilər - rəssam Nigar Şıxəliyeva və vokal müəllimi Reqina Məcidova tərəfindən keçirilən dərslərdə iştirak ediblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Mart 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri