Icma.az
close
up
RU
Şəhid polis əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo üzrə çempionat keçirilib VİDEO AZƏRTAC

Şəhid polis əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo üzrə çempionat keçirilib VİDEO AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 27 dekabr, AZƏRTAC

Şəhidlik zirvəsinə ucalmış daxili işlər orqanları əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo üzrə çempionat keçirilib. Daxili işlər orqanları əməkdaşları arasında keçirilən tədbirdə şəhidlərin ailə üzvləri, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yarışdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən qonaqlar bildiriblər ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması dövlətçilik tariximizə parlaq səhifələr kimi yazılıb. Ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam bərpa edilib və bununla da erməni separatizminə son qoyulub. Bu şərəfli missiyada daxili işlər orqanlarının əməkdaşlarının iştirak etməsinin qürurverici olduğu vurğulanıb.

Qeyd edilib ki, cinayətkarlıqla mübarizədə fədakarlıq göstərən daxili işlər orqanlarının əməkdaşları həm Vətən müharibəsində, həm də anititerror tədbirlərində qəhrəmanlıq salnaməsi yazıblar.

Daha sonra yarışlara start verilib. Əməkdaşlar 6 çəki dərəcəsində mübarizə aparıblar.

Qaliblər medal və diplomlarla təltif olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri