Icma.az
close
up
RU
Şəhidin qardaşının köməyə ehtiyacı var “70 100 min pul istənilib”

Şəhidin qardaşının köməyə ehtiyacı var “70 100 min pul istənilib”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprel döyüşlərində şəhid olan Qabil Orucəliyevin qardaşı İsa Orucəliyev qan xərçəngindən əziyyət çəkir.

İsanın anası Nuriyyə xanım “Qafqazinfo”ya bildirib ki, oğlunun səhhətindəki ilk problem futbolda aldığı zədədən sonra yaranıb.

O, dizindəki menisk zədələnməsindən əməliyyat olunub: “Şikayətləri çoxaldı, dizində su yığıldı, buna görə xəstəxanaya apardıq. Lakin son zamanlarda vəziyyəti daha da pisləşdi. Nəticədə qan analizləri də verildikdən sonra məlum oldu ki, qan xərçəngidir. Hazırda İstanbulda müalicədədir. Bizdən bu xəstəliyin müalicəsi üçün ümumilikdə 70-100 min manat pul istənilib. Bütün qurumlara bizə yardım etmələri üçün müraciət etmişik”. 

Fotoda: İsa 11 yaşında olarkən qardaşının xatirə şəkli ilə

Ana həmçinin qeyd edib ki, həyatı ağır keçib. Belə ki, qadın İsa hələ bətnində olarkən həyat yoldaşını itirib: “Qabil isə atasını itirəndə hələ 7-ci sinifdə oxuyurdu. O, atasız böyüyüb. 2005-ci ildə qardaşı İsa dünyaya gəlib. Ancaq Qabil qardaşının da atasız böyüməsini istəmədiyi üçün özünü qardaşına atası kimi tanıdıb. İsa bunu yalnız 11 yaşında, Qabil şəhid olandan sonra bilib”.

Nuriyyə xanım əlavə edib ki, qardaşını itirəndən sonra İsa onun ailəsinə də sahib çıxıb. İ.Orucəliyev hazırda Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və bələdiyyənin idarə olunması ixtisasının 3-cü kursunda təhsil alır. 

Qeyd edək ki, Naxçıvan şəhərində anadan olan 1991-ci il təvəllüdlü leytenant Q.Orucəliyev 2016-cı ilin aprel ayında qəhrəmancasına şəhid olub. Orucəliyevin övladı o şəhid olandan 3 gün sonra dünyaya gəlib, uşağına şəhidin adı verilib. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

İsanın yaşaması məqsədilə ailəyə dəstək olmaq istəyənlər üçün hesab nömrəsini təqdim edirik:

5239 1517 8703 0405

Fotoda: İsa qardaşının şəhidliyindən sonra doğulmuş övladı ilə



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Aprel 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri