Icma.az
close
up
RU
Qazinin köməyə ehtiyacı var Bəlkə də 100 mindən çox lazımdır...

Qazinin köməyə ehtiyacı var Bəlkə də 100 mindən çox lazımdır...

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəbələnin Aydınqışlaq kənd sakini, Vətən müharibəsi iştirakçısı Qasımov Nurlan Gündüz oğlu "Veqener qranulomatozu" (Xəstəlik nekrotik vaskulit olub yuxarı tənəffüs yollarının, ağciyərlərin və böyrəklərin kiçik damarlarını zədələyir) xəstəliyindən əziyyət çəkir. 

Bu barədə "Qafqazinfo"ya onun atası Gündüz Qasımov məlumat verib. 

Qazinin valideyninin sözlərinə görə, övladının xəstəliyinə səbəb müharibə zamanı olan soyuqdəymədir: "Oğlum 44 günlük Vətən Müharibəsinə könüllü yollanıb. 2020-ci ilin sentyabrından dekabr ayınadək Tərtər-Ağdərə istiqamətində döyüşüb. Səhhətindəki problemlər cüzi olsa da, müharibədən sonra özünü göstərirdi. Müalicələr edirdik, keçirdi. Lakin 2024-cü ilin sentyabrında vəziyyəti pisləşdi.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna apardıq. Ciyərində qara nöqtə aşkarlandı. Və "Veqener qranulomatozu" diaqnozu qoyuldu. Müalicəyə başladıq. O qədər sistem köçürüldü ki, vəziyyəti daha da ağırlaşdı. Bundan sonra özəl xəstəxanalara üz tutduq. Hazırda maddi dəstəyə ehtiyacımız var". 

G.Qasımov, həmçinin qeyd edib ki, oğlu hazırda "Liv Bona Dea" özəl xəstəxanasında müalicə alır: "Artıq bir həftədir burada müalicəni davam etdiririk, bununla da 12 mindən çox pul çıxıb. Çatdıra bilmirəm, hər kəsdən kömək istəyirəm, borc alaraq oğlumu həyatda tutmağa çalışıram. Bir çox qurumlara bizə yardım etmələri ilə bağlı müraciət ünvanlamışam, kömək istəmişəm, hələ ki, cavab yoxdur. Tam olaraq bizə nə qədər pul lazım olduğunu dəqiq deyə bilmirəm, bu məbləğ çoxdur. Çünki gün ərzində xəstəxanada yatmağa və dava-dərmana xeyli pul çıxır. Dediyim kimi, təkcə 1 həftəyə 12 min xərcləmişik. Bilmirəm, bəlkə də 100 mindən də çox lazımdır...

Oğlumun aldığı tək müavinət veteran iştirakçısı olmasına dair verilən aylıq 80 manatdır. Çox istəyirəm ki, mənə dəstək olub, 34 yaşlı oğlumu həyatda tutasınız..."

Nurlan Qasımova kömək etmək istəyənlər: (050) 713 19 03 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kart hesabı: 5103071407246541

Məlumat üçün bildirək ki, Qasımov Nurlan Gündüz oğlu əlilliyi müəyyən olunan şəxs olmadığı üçün "YAŞAT" Fondunun subyekti hesab edilmir. Belə ki, adıçəkilən Fond şəhid ailəsi üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan şəxslərin təminatına göstərilən sosial tədbirlərə dəstək verir. 

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Mart 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri