Icma.az
close
up
RU
Şəhidlərə həsr edilmiş kitablar MEKə təqdim olunub

Şəhidlərə həsr edilmiş kitablar MEKə təqdim olunub

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında şəhid ailə üzvləri ilə görüş keçirilib, şəhidlərə həsr olunmuş nəşrlər kitabxanaya təqdim edilib.

Kitabxanadan Xalqcebhesi.az-a bildirilib ki, öncə Röksanə Səfərzadə rəhbəri olduğu fond haqqında ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra dövlətin dəstəyi ilə MEK-də yaranan fondun əsas məqsədlərindən, fəaliyyətindən, eləcə də burada toplanan nəşrlərdən bəhs edib.

R.Səfərzadə bildirib ki, yarandığı gündən etibarən fondda şəhidlərin əziz xatirəsi daim anılır, ailə üzvlərinin, yazıçıların, ictimai xadimlərin iştirakı ilə tədbirlər keçirilir.

Dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in kitabxana xidməti üzrə direktor müavini, dosent Şəhla Quliyeva vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun xalqımıza yaşatdığı möhtəşəm Qələbədən sonra Vətən müharibəsi ilə bağlı yazılan kitabların sayı çoxalır. “Bu fondda da məhz Qarabağ, 44 günlük müharibə, eləcə də şəhidlərimizin hər biri haqqında zəngin informasiya qorunur, bu məlumatların zənginləşməsində isə şəhid ailə üzvlərinin əməyi əvəzsizdir”, - deyə direktor müavini qeyd edib.

Görüşdə iştirak edən “Zəfər” İnformasiya Mərkəzinin - zefer.info.az saytının redaktoru, Əməkdar müəllim, tədqiqatçı-jurnalist Zülfiyyə Vəliyeva xalqına layiqincə xidmət edən nəslin formalaşmasında, gənclər arasında vətənpərvərlik sahəsində maarifləndirmə işinin aparılmasında müəllimlik fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O, həmçinin MEK-ə təqdim etdiyi “Zəfərimiz mübarək” adlı kitabı haqqında ətraflı məlumat verib.

Daha sonra şəhid anaları Vətən, torpaq, böyük amallar uğrunda özlərini qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan igid oğullar haqqında xatirələrini bölüşüb, keçdikləri həyat yolundan bəhs ediblər. Şəhid ailə üzvləri şəhid kəşfiyyatçı İlqar Əhmədov və onun qardaşı Vüqar Əhmədova, şəhid Toğrul Hacıyevə, şəhid Rövşən İsmayılova, şəhid baş leytenant Cəmil Nəcəfova, şəhid Fəxrəddin Qubanlıya həsr olunmuş “İki oğulun acısı”, “Səhnədən səngərə”, “Şərəfli zabit ömrü”, “Sonunu düşünən qəhrəman olmaz”, “Xeyirxah insan” adlı kitabları, həmçinin şəhid Vüsal Məmmədov haqqında çəkilmiş sənədli filmi Mərkəzi Elmi Kitabxanaya təqdim ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Dekabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see260

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see217

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see206

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see199

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see198

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see197

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see197

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see196

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see195

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see191

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see189

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see188

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see185

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see183

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see180

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see175

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see174

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see174

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see173

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri