Icma.az
close
up
RU
Səhiyyə büdcəsində kəskin dəyişiklik: hansı sahələrdə artım, hansında azalma var?

Səhiyyə büdcəsində kəskin dəyişiklik: hansı sahələrdə artım, hansında azalma var?

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsait son 5 ildə 800 milyon manatdan 3,7 milyard manata yüksəlib. Bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov məlumat verib.

Bəs bu artım səhiyyə xidmətlərinin keyfiyyətindəki yüksəlişlə nə dərəcədə üst-üstə düşür?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov bildirib ki, “büdcə zərfi” dövlətin əsas maliyyə sənədlərindən biri olduğu üçün o da maliyyə hesabatlarında olduğu kimi, ən azı iki maliyyə ili üzrə müqayisəli şəkildə təhlil edilməlidir.

Onun sözlərinə görə, bu, maliyyə standartlarının əsas tələblərindən biridir:

“Buna görə də büdcə zərfində xərclərin ayrı-ayrı sahələr üzrə göstəriciləri eyni maddələr əsasında fərqləndirilməli və müqayisə edilməlidir. İlk növbədə ötən illə müqayisədə yaranan fərqlərə baxmaq lazımdır”.

İqtisadçı qeyd edib ki, hərçənd büdcə qanununun 7-ci maddəsində ümumi səhiyyə xərclərinin cəminə İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait (maddə 7.5.5.1) daxil edilməsə də, əsas diqqət məhz bu maddə üzrə rəqəmlərə yönəlir:

“Belə ki, 2025-ci ildə fonda ayrılmış 1 416 405 000 manat vəsait 2026-cı il üçün 900 milyon manata qədər azaldılıb. Bu isə 516 milyon 405 min manatlıq ciddi azalma deməkdir”.

Ekspert hesab edir ki, bu azalma İTSS yığımlarının artacağı gözləntisi ilə balanslaşdırılacağı üçün qəbul edilib:

“2025-ci ilin büdcəsi ilə 2026-cı ilin büdcə zərfini müqayisə etdikdə, 7 əsas maddə üzrə həm müsbət, həm də mənfi istiqamətli dəyişikliklər nəzərə çarpır. Səhiyyə sahəsinə ayrılan vəsaitlərdə müxtəlif dinamika müşahidə olunur:

Elçin Qurbanov

-Xəstəxanalar üzrə xərclər 29 milyon 575 min 815 manat azalıb;

-Diaqnostika, profilaktika və qan xidmətlərinə ayrılan vəsait 2 milyon 542 min 351 manat azalıb;

-Səhiyyə sahəsində tətbiqi tədqiqatlara 2 milyon 901 min 113 manat azalma qeydə alınıb;

-Digər proqram və xidmətlər üzrə isə əksinə, 63 milyon 560 min 322 manat artım mövcuddur;

-Ümumilikdə, səhiyyə büdcəsi ötən illə müqayisədə 30 milyon 736 min 191 manatlıq müsbət artım göstərir.

Bundan başqa, Səhiyyə Nazirliyinin qərarı ilə nazirliyin tabeliyində olan körpələr evlərində çalışan bütün əməkdaşların vəzifələrinə uyğun əməkhaqqı artımları həyata keçirilib. Bu qərar 2025-ci il avqustun 1-dən qüvvəyə minib”.

Ekspert bildirir ki, ayrılan vəsaitlərdə nəzərdə tutulan artımlar həm dünya iqtisadiyyatındakı çətinliklər, həm də mövcud büdcə imkanları nəzərə alınaraq müəyyən edilib:

“Ümumilikdə, büdcə zərfində əvvəlki illə müqayisədə xüsusi bir genişlənmə yoxdur ki, bu da qlobal və daxili iqtisadi-siyasi reallıqlarla uyğunluq təşkil edir. Dövlət vergi siyasətini də nisbətən yumşaq şəkildə həyata keçirir. Səhiyyə sektorunda büdcə xərclərinin cəmi 30 milyon manat artması isə ciddi genişlənmə hesab edilmir. Bu məbləğ əsasən inflyasiya və əməkhaqqı artımlarının kompensasiyasına yönəlmiş ola bilər. Yəni faktiki olaraq səhiyyə xərclərində əhəmiyyətli struktur artımı yoxdur. Qeyd etmək lazımdır ki, ölkədə xüsusi mülkiyyətə əsaslanan tibbi xidmət sektoru geniş gəlirliliyə malikdir və özünü təmin etmə imkanları kifayət qədər yüksəkdir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri