Icma.az
close
up
RU
Səhiyyə Nazirliyi: Sentyabrda uşaqların sağlamlığı və enerjisi üçün dəyərli fürsətlər

Səhiyyə Nazirliyi: Sentyabrda uşaqların sağlamlığı və enerjisi üçün dəyərli fürsətlər

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyi K.Y.Fərəcova addına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir:

- Nuranə xanım, ilk öncə bilmək istərdik ki, “Payızın əvvəli” anlayışı bir pediatr üçün nə deməkdir?

- Sentyabr ayında da isti havaların davam edəcəyini nəzərə alaraq bu dövr, uşaqların təbiətdən faydalanmaq, immunitetlərini möhkəmləndirmək və yeni tədris ilinə enerji toplamaq üçün bir fürsətdir. Təbiətin bizə bəxş etdiyi payız sərvətlərindən olan mövsümi meyvə-tərəvəzlərdən maksimum dərəcədə faydalanmaq vacibdir.
Günün işıqlı hissəsinin qısalmasına baxmayaraq, açıq havada vaxt keçirmək, günəş enerjisindən və təmiz havadan yararlanmaq hələ də mümkündür. Bu, uşaqların hərəki aktivliyinin saxlanmasına müsbət təsir göstərir.


- Doktor, sentyabr ayında xüsusi bir rejimə riayət olunmalıdırmı?

- Sentyabr ayında yeni tədris ilinin başlanması ilə bağlı uşaqların gündəlik rejimini düzgün qurmaq xüsusilə vacibdir. Yayda olduğu kimi, saat 22:00-dan əvvəl yuxuya getmək tövsiyə olunur, çünki uşaq orqanizmi daim inkişafdadır və böyümə hormonunun sintezi əsasən erkən yuxunun ilk saatlarında baş verir.
Düzgün yuxu rejimi həm də digər hormonların balansına, immun sistemin güclənməsi və yeni tədris ilinə yaxşı hazırlaşmağa kömək edir.

- Bu ayda uşaqların qidalanmasına dair hansı tövsiyələri verə bilərsiniz?

- Qida rasionunda mövsümün təzə meyvə və tərəvəzlərini (məsələn alma, armud, nar, üzüm və s.) maksimum dərəcə daxil etmək lazımdır.
Havanın hələ də isti keçməsini nəzərə alaraq, uşağın maye balansına diqqət yetirmək vacibdir. Məktəbə və ya uzun gəzintilərə gedərkən, yanlarında mütləq təmiz, içməli su olmalıdır.
Həmçinin, qidaların saxlanma şərtlərinə diqqət edin, çünki isti havada bakteriyalar tez inkişaf edir.

- Günəşdən qorunmaq üçün hansı vasitələrdən istifadə etmək lazımdır?

- Sentyabr ayının olmasına baxmayaraq, hələ də istilər hökm sürür və günəş hələ də fəaldır. Buna görə də, xüsusilə günorta saatlarında açıq havada olarkən, mütləq papaq və dəri tipinə uyğun (30+ SPF və ya daha yüksək) günəş kremindən istifadə etmək lazımdır. Kremi təkcə üzə deyil, bədənin günəşə məruz qalan bütün hissələrinə çəkmək lazımdır. Geyimlər yüngül, nəfəs alan, təbii parçalardan və açıq rəngli olmalıdır.

- Uşaqların hansı saatlarda açıq havada olmasını məsləhət görürsünüz?

- Günəşin ən aktiv olduğu günorta saatlarında (təxminən 11:00-dan 16:00-dək) birbaşa günəş işığından uzaq durmaq tövsiyə olunur. Ən optimal vaxt səhər tezdən və günortadan sonradır. Gəzintilər üçün kölgəli və yaşıllıq sahələri seçmək daha yaxşıdır.

- Uşaqları dənizə/hovuza apararkən valideynlərin hansı məsləhətlərə riayət etmələrini tövsiyə edərdiniz?

- Sentyabrda su və hava istiliyi hələ də çimmək üçün əlverişli ola bilər. Lakin suyun temperaturuna diqqət yetirilməlidir. Su soyuq olarsa (22°C-dən aşağı), uşağın bədən hərarətini normadan aşağı düşməsinə,qıcolma və digər arzuolunmaz hallara gətirib çıxara bilər.
Sudan çıxdıqdan sonra dərhal onu qurulamalı və əynindəkiləri quru paltarlarla əvəz edilməlidir. Hovuzda uşaqları çimizdirərkən daha diqqətli olmalıdırlar. Çünki artıq axşam və gecə saatlarında havalar öncəki aylarla müqayisədə nisbətən sərin olur. Bu da suyun temperaturunun enməsinə səbəb olur. Bəzən növbəti gün havanın isti olmasına baxmayaraq, uşaqlar üçün çimməyə yararlı temperatura qalxmır.
Belə olan hallarda tövsiyə olunur ki, suyun temperaturuna nəzarət etmək üçün xüsusi termometrlərdən istifadə etsinlər. Çimmə müddəti 15-20 dəqiqədən artıq olmamalıdır. Çimməmişdən əvvəl və dərhal sonra qidalanmaq məsləhət deyil. Dənizdən/hovuzdan sonra uşağı duş qəbul etdirmək vacibdir.

- Sonda valideynlərə nə məsləhət görərdiniz?

- Yuxarıda qeyd edilənlərlə yanaşı, gigiyenik qaydalara riayət olunmalıdır. Sadə gigiyenik qaydalara əməl etmək mədə-bağırsaq sistemini xəstəliklərindən qoruyur. Məsələn, gəzintidən qayıdan zaman uşaqlar mütləq əllərin yumalıdırlar.
Bu qaydalara riayət etməklə istirahətdən maksimum yararlanıb, bol enerji, vitamin deposu taplayıb növbəti fəsillərdə də sağlam qalmaq lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri