Icma.az
close
up
RU
Səhiyyə Nazirliyinin mütəxəssisi: Tütünsüz dünyada yaşamaq üçün hər kəs çalışmalıdır

Səhiyyə Nazirliyinin mütəxəssisi: Tütünsüz dünyada yaşamaq üçün hər kəs çalışmalıdır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Tütünçəkmə dünyanı bürümüş qlobal problemlərdən biridir və onunla mübarizə beynəlxalq səviyyədə aparılır. Beynəlxalq Tütünçəkmədən İmtina Günü 1977-ci ildə Amerika Birləşmiş Ştatlarının Onkoloji Cəmiyyəti tərəfindən təsis olunub və hər il noyabrın üçüncü çərşənbə axşamı qeyd edilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni qlobal hesabatına əsasən, Avropa tütünçəkmə nisbətlərinə görə dünya liderinə çevrilib. Belə ki, 2024-cü ildə region sakinlərinin 24,1 faizi tütündən istifadə edib. Avropada qadınlar arasında siqaretçəkmə ən yüksək səviyyədə - 17,4 faizdir.

Dünya miqyasında tütün istifadəçilərinin sayı 2000-ci ildəki 1,38 milyarddan 2024-cü ildə 1,2 milyarda düşüb. 2010-cu ildən bəri həmin rəqəm 120 milyon nəfər və ya 27 faiz azalıb. Bununla belə, dünyada yetkin hər beş nəfərdən biri tütündən asılı vəziyyətdədədir və bu da hər il milyonlarla qarşısı alına bilən ölümə səbəb olur. ÜST ilk dəfə olaraq elektron siqaretlərin qlobal yayılmasını qiymətləndirib. Dünyada elektron siqaret istifadəçisilərinin sayı 100 milyondan çoxdur və bunun 15 faizini yeniyetmələr təşkil edir.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev ölkəmizdə tütündən imtina ilə əlaqədar görülən işlərdən bəhs edərək deyib: “Tütünçəkmə sağlamlığa birbaşa və ya dolayı yolla təsir göstərərək orqanizmə ciddi zərər vurur. Passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır, bu, hər kəsin, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir. Odur ki, ictimai səhiyyə mütəxəssisləri əhalini “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və ondan qurtulmaq üçün ÜST-nin ölkə ofisinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlat Mərkəzi tərəfindən yaradılan “Tütündən imtina et” mobil tətbiqindən faydalanmağa çağırır.

Tütünçəkmə dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən biridir. Bütün dünyada tütünçəkmə qan dövranı sistemi xəstəlikləri, bədxassəli yenitörəmələr, şəkərli diabet və tənəffüs sisteminin xroniki xəstəlikləri kimi ağır qeyri-infeksion xəstəliklərin ən başlıca yaranma səbəblərindən sayılır. Ona görə də həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində tütünə qarşı mübarizə qeyri-infeksion xəstəliklərlə mübarizənin tərkib hissəsi kimi qəbul edilir.

Bu sahədə müsbət dəyişikliklərin əldə olunmasında əsas vasitələrdən biri maaarifləndirmədir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən bu istiqamətdə geniş təbliğat-təşviqat tədbirləri, maarifləndirmə işləri aparılır, sosial şəbəkələrdə sosial çarxlar, məlumatlar mütəmadi olaraq yenilənir, eyni zamanda, tütün istifadəçilərinin nəzərinə zərərli vərdişdən vaxtında xilas olmaq, ondan imtina etməyin mümkünlüyü və hər il milyonların həmin təhlükədən xilas olduğu çatdırılır. Tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə əhali üçün tütündən imtina üzrə xüsusi “Qaynar xətt” (050) 800-70-45 fəaliyyət göstərir.

Bununla yanaşı, digər məqsədyönlü tədbirlərin aparılması da zəruridir. İlk növbədə ölkədə tütünlə bağlı vəziyyətin davamlı monitorinqi aparılır və mərkəzimiz bu sahədə daha çox fəallıq göstərir. ÜST-nin dəstəyi ilə Azərbaycanda xroniki qeyri-infeksion xəstəliklərin risk amilləri üzrə milli araşdırmalar və gənclər arasında tütündən istifadə üzrə tədqiqatlar aparılır.

Tütün istehlakının zərərli təsiri barədə ictimaiyyətin məlumatlandırılması tütün epidemiyası ilə aparılan mübarizənin təməlini təşkil edir. Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının 12-ci maddəsinin həyata keçirilməsinin rəhbər prinsiplərində qeyd olunur ki, əhalinin tütünə qarşı mübarizə məsələləri üzrə məlumatlandırılması sosial dəyişikliklərin təmin edilməsi üçün vacibdir. Bir sözlə, tütünlə mübarizədə hər kəs öz töhfəsini verməli, özünün, ailə üzvlərinin və və doğmalarının sağlamlığı barədə düşünməli və gələcək nəsillərin tütünsüz dünyada yaşaması üçün özündən asılı nə varsa etməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri