Icma.az
close
up
RU
Səhnədən dar ağacına: Fil Merinin son tamaşası

Səhnədən dar ağacına: Fil Merinin son tamaşası

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1916-cı ilin Sentyabrı. Kiçik bir Amerika şəhəri zəng səsləri və səhər səkisində at dırnaqlarının taqqıltısı ilə yuxudan oyanırdı. Həmin gün bura Sparks Brothers sirki gəlmişdi — rəngarəng, gurultulu, təlaş və uzaq diyarlardan gələn qoxularla dolu. İfaçılar arasında o da var idi — otuz yaşlı fil Meri, iri, amma mehriban baxışlı bir nəhəng, illər boyu sirk çadırı altında sədaqətlə xidmət etmişdi.

Lakin tale ona başqa bir sonluq hazırlamışdı. Onun yeni nəzarətçisi, heyvanların vərdişlərinə və səbrinə bələd olmayan təcrübəsiz Red Eldric çıxışdan əvvəl fili iti bir çəngəl ilə qulağından vurdu. Dəhşətli ağrı onu bürüdü. Bir an içində dünya alt-üst oldu. Xortumunu zərbəni vurana doladı, onu yerə çırpdı və qəzəb içində bələdçinin həyatını toza çevirdi.

İnsanlar arasında panika başladı. Atəş səsləri eşidildi, lakin fil zəncirlərini qıraraq qaçdı, küçələrə qorxu saçdı. O dəhşətli dəqiqələrdə daha bir neçə həyat yarımçıq qaldı. Qanlı günün xəbəri qonşu şəhərlərə yayıldı və hər kəs dedi: "O sağ olduqca biz bu sirki qəbul etməyəcəyik".

Kütlənin qəzəbindən qorxan sirkin sahibləri qərar verdilər. Növbəti gün Marını arenaya deyil, paslanmış qaldırıcı kranın yanına gətirdilər. Soyuq göyün altında, susqun kütlənin arasında polad çəngəl onun boynuna sarıldı. Və maşın yuxarıya qalxanda çoxtonlu bədən ölümqabağı əzab içində titrədi.

Beləcə sirkin ulduzunun hekayəsi bitdi, amma insan zülmünün hekayəsi bitmədi. Biz bunu ədalət adlandırırıq, amma tez-tez bu sözün arxasında qisas və qorxu gizlədirik – anlamağa və ram etməyə gücümüz çatmayan hər şey qarşısında duyduğumuz qorxunu...

Hazırladı:

S.ELAY

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri