Icma.az
close
up
RU
“Səhnəmizin gözəli” Almaz rolunda

“Səhnəmizin gözəli” Almaz rolunda

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi uzun illər səhnələrdən və ekranlardan düşməyən sənət əsərlərindəndir. Oxuculara təqdim edilən bu nadir fotoşəkildə 1959-cu ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında növbəti dəfə tamaşaya qoyulan həmin əsərin baş qəhrəmanın oyunu əks olunub.

...Xatırladaq ki, bu əsərin hələ ədibin sağlığında, 1931-ci ildə ilk dəfə tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir hadisə idi. O vaxtlar Türk Dövlət Teatrında bədii hissə müdiri və rejissor vəzifəsində işləyən Cəfər Cabbarlı Aleksandr Tuqanovla birlikdə pyesə quruluş verib. Tamaşanın bəstəkarı Əfrasiyab Bədəlbəyli olub. Almaz rolunu ilk dəfə Sona Hacıyeva ifa edib.

Böyük dramaturq bu pyesi ilə ədəbiyyatımıza yeni, sarsılmaz və mübariz bir qadın obrazı gətirmişdir. Əsər yazıldığı dövrün ictimai mənzərəsini, kənd həyatındakı ziddiyyətləri və savadsızlığa qarşı aparılan qətiyyətli mübarizəni bədii şəkildə əks etdirir.

Daim aktual olan həmin əsərə sonrakı dövrlərdə “Azdrama”da və digər teatrlarda dəfələrlə yeni səhnə həyatı verilib və “Almaz” müqtədir rejissorların təfsirində səhnəmizin ən “qocaman sakin”lərindən biri olub. Almaz obrazını Sona Hacıyevadan sonra müxtəlif vaxtlarda xalq artistləri Barat Şəkinskaya və şəkildə ön planda olan Leyla Bədirbəyli də oynayıblar. Stalinin “Azərbaycan gözəli”, Səməd Vurğunun “Allı-güllü Leylam” dediyi gözəl Bədirbəyli Almazın libasını teatrın “akademik” statusu aldığı 1959-cu ildə geyinib və həmin il Xalq artisti fəxri adına layiq görülüb. Bundan düz 40 il sonra isə ulu öndər Heydər Əliyev onu “İstiqlal” ordeni alan ilk qadın kimi şərəfləndirib.

Quruluşçu rejissor Əliheydər Ələkbərovun səhnələşdirdiyi pyesdə mübariz bir gənc olan Almaz azad və gözəl həyat arzuları ilə yaşayan müəllimdir. O, doğulduğu kəndin yoxsul, zəhmətkeş camaatını irəliyə, firavan yaşayışa, işığa doğru aparmağa köklənib. İnsanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür və bütün bunlara öz münasibətini bildirir.

Leyla xanım Almaz obrazını özünəməxsus ustalıqla yaradıb. Fotoda ünlü aktrisa profildən çəkilsə də, dərhal tanınır. Bu, tamaşanın ən dramatik anlarından biridir. Almaz ona böhtan atanlara deyir ki, əgər qolçomaq qüvvələrin əlaltısı olan mamaça - Kərbəlayı Fatmanisə uşağı tutubsa, desin, görək, o uşaq oğlan idi, yoxsa qız?! Gözlənilməz sual Almazın bədxahlarının – Hacı Əhmədlə Molla Sübhanın yalançı şahidliyə vadar etdikləri mamaçanı çıxılmaz vəziyyətə salır və onun söylədiklərinin yalan olduğu təsdiqlənir...

Onu da deyək ki, görkəmli sənətçi – SSRİ Xalq artisti Adil İskəndərovun teatra rəhbərlik etdiyi dövrlərdə ən yaxşı qadın obrazlarının bir çoxu, o cümlədən də Almaz rolu gözəl Leyla xanıma həvalə edilib. Bu isə o zamanlar bir çox qadın aktrisalarda müəyyən qıcıq yaradıb. Elə onun inciyərək teatrı tərk etməsinin bir səbəbi də bu olub.

Bu sətirlərin müəllifi uzun müddət dövlət televiziyasında Leyla Bədirbəylinin oğlu operator Elxan və gəlini - rejissor Elmira Cavanşirova ilə birlikdə çalışıb. Həmkarları qalın, sallaq bığlı Elxanı zarafatla “Stalinin öpdüyü gözəlin oğlu” – deyə çağırırdılar. O isə gülərək deyirdi ki, anası Stalinin alnından öpdüyü yeganə Azərbaycan xanımıdır...

Nadir bir fotoşəklin tarixçəsi bizi, bax, beləcə, neçə il əvvəllərə “səyahət”ə apardı.

Ə.NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri