Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Səhnəyə sədaqətin 80 ili: Teatr fədailərinin həyat yolu

Səhnəyə sədaqətin 80 ili: Teatr fədailərinin həyat yolu

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycanın televiziya xadimi, sənətşünas alim Elçin Əlibəylinin atası, Xalq artisti Vidadi Əliyevin 80 yaşı tamam olur. Elçin Əlibəylinin Xalq artisti olan anası, Elmira İsmayılova isə 13 noyabrda 80 yaşına qədəm qoyacaq.

Oxu.Az hər iki Xalq artistinin keçdiyi həyat və sənət yolundan xülasəni təqdim edir.

Elmira Məhərrəm qızı İsmayılova 1945-ci ilin noyabrında İrəvanda ziyalı ailəsində anadan olub. O, 1968-ci ildə İrəvanda Pedaqoji İnstitutu bitirib. Elə həmin ildən etibarən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa işləyib.

50 ildir teatr səhnəsinə sadiq qalan Elmira xanım aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaradıb.

"Canımızı, qanımızı qoyduq İrəvan teatrına. Mən bu teatrı yaşatmaq üçün uşaqlarımı qastrollarda böyütdüm", - deyən Elmira İsmayılova Humay (S.Rəhman, "Əliqulu evlənir"), Afət (M.Şamxalov, "Qayınana"), Qrafinya (U.Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Dilbər xanım (N.Vəzirov, "Hacı Qəmbər"), Oqudalova (A.Ostrovski, "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni, "İki ağanın bir nökəri"), Böyükxanım (C.Cabbarlı, "Aydın"), Xala (Ü.Hacıbəyov, "Arşın mal alan"), Nazik (S.Rəhman, "Ulduz") və s. rollarını böyük məharətlə oynayıb.

"Vaxtında o qədər əziyyət çəkmişəm ki, indi hamısı canımdan çıxır", - deyən aktrisa səhnədə "Qayınana"nın Afətini, "Ulduz"un Nazikini, "Arşın mal alan"ın Xalasını, "Aydın"ın Böyükxanımını və digər rolları uğurla ifa edib. Elmira İsmayılovanın peşəkarlığı əvəzsizdir. Xüsusilə psixoloji məqamlarda, toqquşmada aktrisanın istedadı və obraz üzərində işi dərhal duyulurdu.

E.İsmayılova "Ömürdən uzun gecə" və "Əkizlərin nağılı" televiziya filmlərinə də çəkilib.

Elmira İsmayılovanın ömür-gün yoldaşı Vidadi Əliyev isə Ağstafa rayonunun Göycəli kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Elə həmin ildən etibarən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

Teatrın Bakı fəaliyyəti dövründə, bədii rəhbər kimi çalışdığı 1988-2000-ci illər ərzində teatrın yaşaması və yüksəlişi üçün olduqca böyük işlər görmüş Vidadi Əliyev repertuara maraqlı, günümüzlə səsləşən əsərlərin daxil edilməsi, gənc aktyor və rejissorların kollektivə cəlb olunması istiqamətində ciddi cəhdlə çalışıb.

Rejissor kimi Vidadi Əliyev həmçinin S.Rəşidinin "Allah onlara rəhmət eləsin", Aydın Haqqararın "Dəli Domrul" (15.05.1994), Vidadi Əliyevin "Madam Badam" (20.04.1994), Şərəf Başbəyovun "Dəmir qadın" (20.04.1997), Marsel Birkye Marinye "Oğru" (09.06.1999) əsərlərinə uğurlu quruluşlar vermişdi. 1988-2000-ci illərdə teatrın direktoru və bədii rəhbəri kimi çalışan Vidadi Əliyev teatrın yaşaması və qüvvətlənməsi naminə əzmlə mübarizə aparıb. Məhz onun vaxtında gənc aktyor və rejissorların teatra axını başlayıb. Teatrın inkişaf göstəricisi və Bakı fəaliyyəti bilavasitə onun adı ilə bağlıdır.

Vidadi Əliyev (İxtiyar), Elmira İsmayılova (Ağbirçək ana), Telli Məmmədova (Gəlin), İntiqam Soltan (Gənc oğlan), Əli Quliyev (Ağsaqqal), Əjdər Zeynalov (Orta yaşlı), Esmiralda Şahbazova (Qız) öz yaddaqalan ifaları ilə xalqın faciəsinin uğurlu səhnə təcəssümünü yaratdılar. Vidadi Əliyevin yüksək sənətkarlıqla etdiyi ifa, obrazın çalarlarını daha qüvvətli və ifadəli çatdırılmasına xidmət edirdi.

Əmək fəaliyyətinin böyük hissəsini teatra həsr edən aktyor 180-dən çox tamaşada müxtəlif obrazlar yaradıb, qısa zamanda sənətsevərlərin rəğbətini qazanıb. Paralel olaraq "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan 20-yə yaxın filmdə fərqli xarakterli rolları özünəməxsus üslubla canlandırıb. Onun kinoda debütü Şamil Mahmudbəyovun 1978-ci ildə çəkdiyi "Bayquş gələndə" filmində yazıçı Kamil obrazıdır. Kamilin halal zəhmətə, vicdana və təmiz mənəviyyata əsaslanan mövqeyi tamaşaçıya filmin əsas ideyasını çatdırır: tamahkarlıq və mənəvi dəyərlərin toqquşması.

Kamil rolunun uğurlu ifası Vidadi Əliyevə ardıcıl film dəvətləri qazandırıb. O, "Ailə", "Cavid ömrü", "Doğma sahillər", "Girov", "Küçələrə su səpmişəm", "Qəzəlxan", "Təxribat", "Yalan", "Nabat" və digər ekran işlərində yaddaqalan personajlar yaradıb.

İrəvan Dövlət Azərbaycan Dram Teatrında əsasən dramatik və faciə janrında çıxış edən, həm də rejissor kimi bu janra müraciət edən aktyorun kino yaradıcılığında da dramatik rollar üstünlük təşkil edib.

Vidadi Əliyev düşmən mühitində belə teatrı qorudu. Həyat yoldaşı Elmira xanımla çiyin-çiyinə çalışaraq, səhnəni də, televiziyanı da ailəsinə doğmalaşdırdı. O, obrazları təkcə ifa etmir, həm də yaşayırdı. "Yurd yeri" filmindəki baxışları onun vətən ağrısını, İrəvan həsrətini tamaşaçıya çatdırırdı. Onun sənəti təsirlidir, çünki o, insanın dərin hisslərini səmimi şəkildə ifadə edirdi.

Təəssüf ki, belə sənətkarlar çox vaxt sağlığında layiq olduğu dəyəri görmürlər.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 1970-1980-ci illərdə hazırladığı tamaşalarda Vidadi Əliyev və Elmira İsmayılova fərqli obrazları ilə seçilirdilər.

"Qayınana" (1975) tamaşasında Elmira İsmayılova Afət, Vidadi Əliyev isə Ayaz rolunu ifa etmiş, əsərin uğurlu alınmasında ciddi pay sahibi olmuşdular.

"Tribunal" (1975) tamaşasında Elmira İsmayılova Polina obrazının sarsıntı və qətiyyətini, Vidadi Əliyev isə Volodka rolunu dramatik dərinliklə canlandırmışdı.

"Məhəbbət yaşayır hələ..." (1976) poetik dramında Vidadi Əliyev Zəfər obrazı ilə sədaqət və pak sevgi mövzusunu dolğun göstərmişdi.

"Sən nə üçün yaşayırsan?" (1977) tamaşasında Vidadi Əliyev Rüstəm rolunda lirik-psixoloji oyunu ilə fərqlənmişdi.

"Aydın" (1978) tamaşasında Elmira İsmayılova ictimai-sosial çalarları vurğulayan dürüst ifası ilə, Vidadi Əliyev isə Balaxan obrazına dinamik və çevik xarakter qataraq diqqət çəkmişdi.

Hər iki Xalq artistimiz haqqında danışarkən "Azərbaycan teatrının fədailəri" desək, yanılmarıq. Birgə ömürün həsr olunduğu teatr... Bu teatra təkcə əmək yox, həm də sevgi həsr olunub.

Vidadi Əliyev və Elmira İsmayılova ömürlərini teatra həsr edərək, sənəti bir amal, bir mübarizə kimi yaşadılar. Bu gün Vidadi müəllim 80 illik ömrünün zirvəsindədir, noyabrda isə Elmira xanım eyni zirvəyə qədəm qoyacaq.

Azərbaycan teatrının fədailəri olan bu sənətkarlar təkcə obraz yaratmadılar - o obrazları yaşadılar. Onların ömür yolu bir məktəbdir: səhnəyə sədaqət, sənətdə səbir, xalqa isə məhəbbət…

Oxu.Az böyük sənətkarlarımızı 80 illik yubileyləri münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, bitib-tükənməyən həyat enerjisi arzulayır. Sənətə verdiyiniz sevgi kimi ömrünüz də işıqlı olsun!

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri