Icma.az
close
up
RU
Səhvlərini pulla malalayan, media standartlarından uzaq Vaşinqton Post

Səhvlərini pulla malalayan, media standartlarından uzaq Vaşinqton Post

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bir neçə gün əvvəl, daha dəqiq desək, noyabrın 6-da ABŞ-də dünyadakı bir çox geosiyasi proseslərə təsir edə biləcək prezident seçkisi baş tutdu. Nəticədə respublikaçı Donald Tramp hakimiyyətə gəldi. Respublikaçıların Demokratlar, Trampın isə hazırkı Prezident Cozef Bayden üzərində parlaq qələbəsi nəinki digər ölkələrdə, həm də ABŞ-nin özündə ciddi reaksiyalara səbəb oldu.

Belə ki, ABŞ-nin və dünyanın aparıcı nəşrlərindən hesab olunan "Ekonomist", "Vaşinqton Post" kimi qəzetlər Trampa qarşı antitəbliğat kampaniyasına başladılar. Əslində, bu kampaniya çoxdan başlamışdı və aylardır ki, davam edirdi. Belə ki, "Vaşinqton Post" müntəzəm olaraq adını çəkmək istəməyən mənbələrə istinad edərək Respublikaçıları, o cümlədən Trampı hədəf alır.

Beləliklə, hər şeydən əvvəl adıçəkilən nəşrin peşəkarlıqdan, peşə etikasından kənar olduğu görünür. Belə ki, dünyada qəbul olunmuş standartlara görə, KİV heç bir halda siyasətə müdaxilə etməməli, sadəcə, baş verənləri təqdim etməlidir. Praktikada isə görünən budur ki, yuxarıda adıçəkilən nəşrlər etibarlı mənbə adı ilə öz mövqelərini əks etdirən informasiyanı dərc edirlər ki, bu da peşə etikasının pozulmasıdır.

Bu baxımdan, "Vaşinqton Post"un strategiyası da istisna deyil və hazırkı "informasiya siyasəti" yeni deyil. Hələ Trampın ilk hakimiyyəti dövründə də bu nəşr adını çəkmədiyi mənbələrə istinad edir, ümumilikdə jurnalistikanın adına ləkə gətirirdi.

Təsadüfi deyil ki, Respublikaçılarla redaksiya arasında müntəzəm olaraq gərginlik yaranırdı. Qəzetin səhifələrində Trampın siyasi və biznes fəaliyyəti, şəxsi həyatı barədə tez-tez tənqidi, bəzən isə ittiham və konfidensial məlumatlarla zəngin məqalələr çıxır.

Ona ötürülən gizli və qanunsuz yolla əldə edilmiş məlumatlar əsasında qəzet Trampın neqativ imicini formalaşdırmağa, onun "Rusiyanın adamı" olduğuna oxucularını inandırmağa çalışıb. 2020-ci ilin martında Trampın seçki qərargahı böhtan və reallığa uyğun olmayan informasiyalar yaydığı üçün qəzeti məhkəməyə vermişdi.

Amma Trampla qəzet arasında gərginlik bununla bitməmişdi.

Bu ilin yanvarında Tramp "Vaşinqton Post"un jurnalisti Bob Vudvordu siyasətçinin razılığı olmadan müsahibə yazılarının olduğu audiokitabı dərc etdiyinə görə məhkəməyə vermişdi. İddia ərizəsində bildirilir ki, Tramp Vudvordu dəfələrlə xəbərdar edib ki, o, məlumatları yalnız gələcəkdə çap olunacaq kitab üçün verir. Siyasətçi bildirib ki, jurnalist onun xəbəri olmadan audioyazıları yayımlayıb ki, bu da "müəllif hüquqlarını pozur".

2020-ci il iyulun 24-də isə "Vashinqton Post" daha bir qeyri-obyektiv məqaləsi ilə bağlı üzləşdiyi məhkəmə iddiasını yoluna qoyur. Belə ki, qəzet Kentukki ştatından olan məktəbli Nikolas Sandmanı şagirdlərin iştirak etdiyi etiraz aksiyası zamanı hinduəsilli digər məktəbli Neytan Filipsə qarşı irqçilik zəminində aqressiya göstərməkdə ittiham etmiş və onun fotosunu qəzet səhifəsində vermişdi.

Haqsız yerə ittiham olunduğunu bildirən məktəblinin valideynləri məqalə dərc edildikdən sonra nəşrə qarşı 250 milyon dollarlıq iddia qaldırmışdılar. Qəzet işi məhkəmə işlərindən kənar qaydada həll etməyə müvəffəq olsa da, iddiadan geri çəkilməsi üçün Nikolas Sandmanın ailəsinə ciddi maliyyə kompensasiyasının ödənildiyi bildirilirdi.

Beləliklə, adı çəkilən nəşr özünün qərəzli mövqeyinə və bəlkə də, tələskənliyinə görə dəfələrlə pis vəziyyətə düşüb. Beləliklə, onun işgüzar nüfuzuna ciddi zərbə dəyib. Qəzetin oxucusu getdikcə azalır. Bununla bağlı olaraq qəzetin gəlirləri azalır və əməkdaşları ixtisar edilir.

Klassik media nəzəriyyəsinə görə, jurnalistikanın üç funksiyası var: bilgiləndirmək, maarifləndirmək və əyləndirmək. "Vaşinqton Post" isə öz fəaliyyətlərində bu funksiyaları yerinə yetirmək əvəzinə, təbliğatla məşğul olur. Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu yaxınlarda sözügedən nəşrin fəaliyyəti barədə fikirlərini bölüşərkən qeyd etmişdi ki, "Vaşinqton Post" SSRİ-nin son günlərindəki "Komsomolskaya Pravda"nı xatırladır.

Əslində, bu müqayisə tamamilə yerinə düşür. Çünki sovet dövründə mətbuat orqanları, o cümlədən "Komsomolskaya Pravda" ancaq təbliğatla məşğul idi.

Yeri gəlmişkən, xatırladaq ki, "Vaşinqton Post" təkcə Respublikaçılara qarşı qeyri-obyektiv münasibətilə fərqlənmir. Adıçəkilən nəşr bir neçə gün Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına da kölgə salmağa çalışır.

Ümumiyyətlə, qəzet dəfələrlə Azərbaycana qarşı əsassız iddialarla çıxış edib.

Maraqlıdır ki, "Vaşinqton Post"un dünyadakı və ölkədəki reytinqi getdikcə azalır. Bunun əsas səbəbi demokratların hakimiyyətinin müdafiəsi, Mərkəzi Kəşfiyyat İdarəsinin hədəflərinin reallaşdırılması, qalmaqallı məlumatların doğru informasiya kimi ictimai rəyə ötürülməsidir. Artıq yerli vətəndaşların əksəriyyəti "Vaşinqton Post"u etibarlı mənbə kimi qəbul etmir.

Bu isə onu deməyə əsas verir ki, "Vaşinqton Post" illər sonra elə "Komsomolskaya Pravda"nın taleyini yaşayacaq: təbliğat maşını kimi xatırlanacaq.

"Report" İnformasiya Agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Noyabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see316

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see299

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see297

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see246

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see213

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see211

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see209

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see207

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see207

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see205

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see203

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see201

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see199

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see187

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see183

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see179

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see179

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see170

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see164

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri