Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Media standartlarından uzaq Vaşinqton Post: İllər sonra təbliğat maşını kimi xatırlanacaq nəşr Xəbər saytı Son xəbərlər və Hadisələr

Media standartlarından uzaq Vaşinqton Post: İllər sonra təbliğat maşını kimi xatırlanacaq nəşr Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bir neçə gün əvvəl, daha dəqiq desək, noyabrın 6-da ABŞ-də dünyadakı bir çox geosiyasi proseslərə təsir edə biləcək prezident seçkiləri baş tutdu. Nəticədə Respublikaçı Donald Tramp hakimiyyətə gəldi. Respublikaçıların Demokratlar, Trampın isə hazırkı prezident Cozef Bayden üzərində parlaq qələbəsi nəinki digər ölkələrdə, həm də ABŞ-nin özündə ciddi reaksiyalara səbəb oldu.

Belə ki, ABŞ-nin və dünyanın aparıcı nəşrlərindən hesab olunan "Ekonomist", "Vaşinqton Post" kimi qəzetlər Trampa qarşı anti- təbliğat kampaniyasına başladılar. Əslində bu kampaniya çoxdan başlamışdı və aylardır ki, davam edirdi. Belə ki, "Vaşinqton Post" müntəzəm olaraq adını çəkmək istəməyən mənbələrə istinad edərək Respublikaçıları, o cümlədən Trampı hədəf alır.

Beləliklə, hər şeydən əvvəl adı çəkilən nəşrin peşəkarlıqdan, peşə etikasından kənar olduğu görünür. Belə ki, dünyada qəbul olunmuş standartlara görə, KİV heç bir halda siyasətə müdaxilə etməməli, sadəcə baş verənləri təqdim etməlidir. Praktikada isə görünən budur ki, yuxarıda adıçəkilən nəşrlər etibarlı mənbə adı ilə öz mövqelərini əks etdirən informasiyanı dərc edirlər ki, bu da peşə etikasının pozulmasıdır.

Bu baxımdan "Vaşinqton Post"un strategiyası da istisna deyil və hazırkı "informasiya siyasəti" yeni deyil. Hələ Trampın ilk hakimiyyəti dövründə də bu nəşr adını çəkmədiyi mənbələrə istinad edir, ümumilikdə jurnalistikanın adına ləkə gətirirdi.

Təsadüfi deyil ki, "Respublikaçı"larla redaksiya arasında müntəzəm olaraq gərginlik yaranırdı. Qəzetin səhifələrində Trampın siyasi və biznes fəaliyyəti, şəxsi həyatı barədə tez-tez tənqidi, bəzən isə ittiham və konfidensial məlumatlarla zəngin məqalələr çıxır.

Ona ötürülən gizli və qanunsuz yolla əldə edilmiş məlumatlar əsasında qəzet Trampın neqativ imicini formalaşdırmağa, onun "Rusiyanın adamı" olduğuna oxucularını inandırmağa çalışıb. 2020-ci ilin martında Trampın seçki qərargahı böhtan və reallığa uyğun olmayan informasiyalar yaydığı üçün qəzeti məhkəməyə vermişdi.

Amma Trampla qəzet arasında gərginlik bununla bitməmişdi.

Bu ilin yanvarında Tramp "Vaşinqton Post"un jurnalisti Bob Vudvordu siyasətçinin razılığı olmadan müsahibə yazılarının olduğu audiokitabı dərc etdiyinə görə məhkəməyə vermişdi. İddia ərizəsində bildirilir ki, Tramp Vudvordu dəfələrlə xəbərdar edib ki, o, məlumatları yalnız gələcəkdə çap olunacaq kitab üçün verir. Siyasətçi bildirib ki, jurnalist onun xəbəri olmadan audio yazıları yayımlayıb ki, bu da "müəllif hüquqlarını pozur".

2020-ci il iyulun 24-də isə "Vashinqton Post" daha bir qeyri-obyektiv məqaləsi ilə bağlı üzləşdiyi məhkəmə iddiasını yoluna qoyur. Belə ki, qəzet Kentukki ştatından olan məktəbli Nikolas Sandmanı şagirdlərin iştirak etdiyi etiraz aksiyası zamanı hindu əsilli digər məktəbli Neytan Filipsə qarşı irqçilik zəmnində aqressiya göstərməkdə ittiham etmişdi və onun fotosunu qəzet səhifəsində vermişdi.

Haqsız yerə ittiham olunduğunu bildirən məktəblinin valideynləri məqalə dərc edildikdən sonra nəşrə qarşı 250 milyon dollarlıq iddia qaldırmışdı. Qəzet işi məhkəmə işlərindən kənar qaydada həll etməyə müvəffəq olsa da, iddiadan geri çəkilməsi üçün Nikolas Sandmanın ailəsinə ciddi maliyyə kompensasiyasının ödənildiyi bildirilirdi.

Beləliklə, adı çəkilən nəşr özünün qərəzli mövqeyinə və bəlkə də, tələskənliyinə görə dəfələrlə pis vəziyyətə düşüb. Beləliklə, onun işgüzar nüfuzuna ciddi zərbə dəyib. Qəzetin oxucusu getdikcə azalır. Bununla bağlı olaraq qəzetin gəlirləri azalır və əməkdaşları ixtisar edilir.

Klassik media nəzəriyyəsinə görə jurnalistikanın üç funksiyası var: bilgiləndirmək, maaifləndirmək və əyləndirmək. "Vaşinqton Post" isə öz fəaliyyətlərində bu funksiyaları yerinə yetirmək əvəzinə, təbliğatla məşğul olur. Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu yaxınlarda sözügedən nəşrin fəaliyyəti barədə fikirlərini bölüşərkən qeyd etmişdi ki, "Vaşinqton Post" SSRİ-nin son günlərindəki "Komsomolskaya Pravda"nı xatırladır.

Əslində bu müqayisə tamamilə yerinə düşür. Çünki Sovet dövründə mətbuat orqanları, o cümlədən "Komsomolskaya Pravda" ancaq təbliğatla məşğul idi.

Yeri gəlmişkən, xatırladaq ki, "Vaşinqton Post" təkcə Respublikaçılara qarşı qeyri -obyektiv münasibətilə ilə fərqlənmir. Adı çəkilən nəşr bir neçə gün Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına da kölgə salmağa çalışır.

Ümumiyyətlə, qəzet dəfələrlə Azərbaycana qarşı əsassız iddialarla çıxış edib.

Maraqlıdır ki, "Vaşinqton Post"un dünyadakı və ölkədəki reytinqi getdikcə azalır. Bunun əsas səbəbi demokratların hakimiyyətinin müdafiəsi, Mərkəzi Kəşfiyyat İdarəsinin hədəflərinin reallaşdırılması, qalmaqallı məlumatların doğru informasiya kimi ictimai rəyə ötürülməsidir. Artıq yerli vətəndaşların əksəriyyəti "Vaşinqton Post"u etibarlı mənbə kimi qəbul etmir.

Bu isə onu deməyə əsas verir ki, "Vaşinqton Post" illər sonra elə "Komsomolskaya Pravda"nın taleyini yaşayacaq: təbliğat maşını kimi xatırlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Noyabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri