Icma.az
close
up
RU
Səidə bizim nəsli biabır edir

Səidə bizim nəsli biabır edir

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Xəbər verdiyimi kimi, müğənni Səidə Dadaşova xalası Lalə Dadaşovanın ünvanına sərt sözlər deyib.

Axşam.az xəbər verir ki, L.Dadaşova "Elgizlə izlə" proqramına zəng edərək Səidəyə cavab verib. O bildirib ki, Səidədən bütün ailəsi üz döndərib:

"Səidə bacımın balasıdır, onun xalasıyam. Ailəmizi gözəl tanıyırsınız, balaca yaşımızda anasız qalmışıq, bizi ata böyüdüb, qayda ilə ailə qurmuşuq. Övladlarımız dünyaya gəlib. Rafael dünyasını dəyişənə qədər hər şey qaydasında idi. Mənim üçün bunlar xoş deyil. İndi tam əksidir, bizim nifrət etdiyimiz onun əri deyil. Rafaelin üçü günü mənə səsyazısı gətirdilər. Ona qulaq asandan sonra Səidəyə son qoydum. Maqaya nifrət edə bilmərəm, çünki Səidəni küçələrdən yığdı, onu arvad etdi".

L.Dadaşova əlavə edib ki, bacısı Sədaqət Dadaşova Səidəni övladlıqdan silib:

"Uşağı olanda gəldilər bağımıza, bacım xəstə canı ilə uşağa baxırdı. Səidə əri ilə gedib gəzirdi. Sonra bağdan çıxandan sonra Sədaqətə ağzından gələni dedi. Sədaqət söylədi ki, Səidə ilə bitdim. Səidə uşaq dünyaya gətirənə qədər Sədaqətin yanında olub. Onu niyə sildiyimizi Sədaqətdən soruşun. Neçə dəfə Sədaqətə dedim ki, sizi barışdırım, ana-balasınız. Dedi, yox, bağışlamayacağam onu.

Səidə gündəmdən düşən kimi daşı atır Brillianta, Sədaqətə, Laləyə. Necə oldu bütün uşaqlar bizim yanımızdadır, ailəmiz birdir. Mən Maqa və Səidənin haqqımda dediklərini eşitdim və ondan sonra onlara dedim ki, sizinlə bitdim. Maqa mənə qayınana deyirdi".

Müğənni bacısı qızını sosial şəbəkələrdə "qara siyahı"ya atdığını söyləyib:

"Səidə hər yerdə bizi biabır edib. Hər yerdə Səidəni "qara siyahı"ya atmışam. Nə pis söyüş var Səidənin ağzındadır. Mənim üçün Səidə yoxdur. Birinci ailəm uğursuz olub, ikinci həyat yoldaşım rəhmətə gedib. Oldu bitdi. Ayıbdır... Ailənin ad-sanı var. Rafaelin (mərhum Xalq artisti Rafael Dadaşovu nəzərdə tutur - red.) ruhu çox narahatdır. Mənim məclisimdə, övladlarımın ətrafında Səidə olmayacaq. O, mənim üçün yoxdur. İndiyənə qədər Rafaelin, Sofa xanımın, Məlik müəllimin ruhuna hörmət etdim, danışmadım. Amma o həddini aşıb. Maqa bu gün var, sabah yoxdur. Maqaya minnətdaram ki, onu yığışdırıb, arvad etdi. Onu məhkəməyə də verə bilərdim. Amma dedim, bacımın balasıdır. 

Mən niyə onu "qara siyahı"ya atmışam? O mənə yazır ki, etmişəm. Mənə yazılan sözləri, səsyazılarını gətirib göstərsəm, Səidəni verilişə çağırmazsınız. Nə oldu bütün bacı balalarım məclisin başında oldu, bircə, Səidə olmadı? Deməli, günahkar odur. Sən yaxşı insan, anana mehriban qız olsaydın başımızın tacı olardın. Bacın Leyli, qardaşın Emil məclisimizin başındadır. Bircə, onu deyirəm ki, heyif Rafaeldən".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:729
embedMənbə:https://axsam.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri