Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Şeir və iki şair

Şeir və iki şair

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbul Sənət və Kültür Dərnəyinin Fəxri Başqanı Osman Öztürkün Türk Ədəbiyyatı Vəqfindəki çıxışından...

Bugün sizlərlə çağdaş Azərbaycan şeirinin diqqət çəkən isimlərindən biri olan şair-yazar və alim Həyat Şəminin şeir dünyasına qısa, amma dərin bir səyahət etmək istəyirəm. Həyat Şəminin şeirlərini ilk oxuduğunuzda sizi qarşılayan nəsnə, bağıran sözlər deyil, əksinə, bir səssizlikdir.

Amma bu səssizlik, boşluq deyil, anlamın çoxaldığı bir dərinlikdir.

Ürəkdən varlığa: Osman Öztürk və Həyat Şəmi...

Sizə bir sual vermək istəyirəm: şeir nədir?

Bir mətn, bir sənət əsəri, yoxsa sadəcə gözəl sözlərin yan-yana düzülüşü?

Mən şeiri belə təsəvvür edirəm və görürəm: Şeir insanlığın ürək səsidir... içdən gələn, azad bir ruh biçimidir... Həm də, eyni zamanda ilmə-ilmə məhrəmiyyətlə hörülən qəribə, dərin, anlaşılması çətin bir yolçuluqdur.

Şeir kağıza yazılır sanırıq. Qələmlə, mürəkkəblə... Amma yox. Şeir vicdanla yazılır. Elə bir səhifəyə yazılır ki, buluddan ağ və o yazı əsla silinməz.

Şeir tənha deyildir. Musiqi ilə yüyürür, rəsmlə danışır, heykəllə şəkil alır. Bir misra oxuyanda, bir tablo görərsiniz. Bir misra duyanda içinizdə bir nəğmə başlayar.

Amma şeir, sadəcə gözəllik deyildir. Şeir bir hadisədir, hekayədir, üsyandır, bir başqaldırmadır. Zamana, zülmə, ədalətsizliyə qarşı. Elə tam da bu nöqtədə qarşımıza çağdaş Azərbaycan şeirinin güclü səsi çıxar: Həyat Şəmi.

Həyat Şəminin şeiri yüksək səslə danışmaz, bağırmaz, çığırmaz. Amma dərin bir iz buraxar. Sizi susdurar. Və də düşündürər...

Onun şeirində bir cümlə var ki, bir ömürlük sorğudur:

Varlıq – iki yoxluqdan borc alınan bir nəfəs...

Bu nə deməkdir? Bu o deməkdir ki, biz sandığımız qədər də güclü deyilik, zənn etdiyimiz qədər qalıcı deyilik. Biz iki boşluq arasında yaşayan bir an, məqam kimiyik. Mən şeiri “ürək səsi” olaraq görərkən,

Həyat Şəmi şeiri bir addım irəli daşıyır. Şeir varlığın sorğusudur deyir. Mənim şeirimdə vicdan vardır, insan vardır, cəmiyyət  vardır. Onun şeirində isə boşluq vardır, zaman vardır, yoxluq vardır. Amma əslində ikimiz də eyni şeyi deyirik: İnsan nədir?

Şeir bir ahəng və ritm tələb edir dedim. Amma Həyat Şəmi bizə bunu göstərir: Bəzən şeirin ən böyük ritmi səssizlikdir.

Həyat Şəminin misraları qısa, amma uçurum kimidir. Az kəlmə istifadə edir, amma çox dərin mənalar qurur. "BAĞ" şeirində belə deyir:

Ucu açıq fikrinin

Bağ verim bağla...

Bu, sadəcə bir çağrı deyildir. Bu, yaşam dünyasında dağılmış insanı yenidən bir mənada, anlamda toplama çabasıdır.

Mən şeiri bir başqaldırma, üsyan kimi qələmə verdim. Həyat Şəmi isə üsyanı içə daşıyır. Onun üsyanı küçədə deyil, insanın içində yaşanır.

Bir başqa şeirində belə deyir:

Hər cümlənin sonuna

Torpaq dərin nöqtədir.

Həyat - bir cümlədir, bir film lentidir və ölüm o cümlənin sonundakı dərin nöqtədir... Bəs o nöqtəyə qədər... biz necə bir şeir yazırıq? Bax, şeirin əsl sorğusu da budur. Şeir asan iş deyil. Nə yazılması asandır, nə də başa düşülməsi.

Şeiri yazan qələm də, oxuyan göz də cavabdehdir, məsuldur. Çünki şeir hər kəsə özünü açmaz.

Mən deyirəm ki: Şeir insanlığın ortaq səsidir.

Həyat Şəmi bizə bu cümləni əlavə edir:

Amma o səsi duymaq üçün öncə içimizdəki hay-küyü susdurmalıyıq. Şeir səyyahdır deyirəm. Heç bir sərhəd onu durdura bilməz. Və həqiqətən də belədir...

Bu gün Türkiyədə yazılan bir şeir

Azərbaycanda əks-səda verir, üzə çıxır. Bir Azərbaycan şairi İstanbulda nə qədər ürəyə toxuna bilir, xitab edə bilir. Çünki şeirin dili dəyişər, amma özü dəyişməz. Və o öz, özək - insandır.

Şeir cəsurdur dedim. Başı əyilməz. Həyat Şəminin şeirləri də əyilməzdir. Amma bu şeirlərin cəsarəti, gücü bağırmaz. Onların cəsarəti dərinləşər, gücü artar...

Şeir zalıma, zülmə qarşıdır dedim. Bəli... tarix boyunca öncə şairləri susdurmağa çalışıblar. Amma bacarmayıblar. Çünki şeir insanlığın yaddaşıdır. Və mən inanıram ki, bir gün şeirin daha çox oxunduğu, daha çox anlaşıldığı, daha çox hiss edildiyi, sülh və qardaşlığın hakim olduğu bir dünyada insanlar və ölkələr bir-birinə daha az zərər verəcəklər. Çünki şeir insanı insana yaxınlaşdırır. Ölkədən ölkəyə yıxılmaz könül körpüləri qurur.

Şeir nədir? Şeir bir ürəyin səsi, hayqırtısı ola bilir. Bir ölkənin səsi ola bilir. Amma ən çox da insanın özünə verdiyi sualdır şeir. Və bəlkə də ən önəmli sual budur: Biz gerçəkdən də insan kimi yaşayırıqmı? Yoxsa bir şeirin içində həsrət yüklü bir misra kimi keçib gedirik?

Osman Öztürk

Şair-yazar

11 aprel 2026

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri