Icma.az
close
up
RU
Şəkər “şirin təhlükə”dir, yoxsa xoşbəxtlik qidası?

Şəkər “şirin təhlükə”dir, yoxsa xoşbəxtlik qidası?

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Şəkərdən istifadə yeməklərə və içkilərə ləzzət qatmağın əsas yollarından biridir. Lakin bu şirin dad orqanizmimizə özü ilə birlikdə sağlamlıq üçün risklər də gətirə bilər. Son illər müxtəlif təbliğat vasitələrində tez-tez rastlaşırıq: “şəkərdən istifadə etməyin, şəkər ağır xəstəliklərə səbəb olur, şəkər zəhərdir”. Hətta iş o yerə çatıb ki, valideynlər uşaqlarını səhər yeməyini dada gətirən “şirin çay”dan məhrum ediblər.

Tibb elmləri doktoru, professor Musa Qəniyevlə görüşüb bu fikirlərin nə dərəcədə həqiqətə uyğun olması ilə maraqlandıq. Onunla söhbətimizdə şəkərin orqanizmə mənfi və müsbət təsirinin elmi izahından söz açmasını xahiş etdik.

– Professor, şəkərə orqanizm üçün “şirin təhlükə” deyə bilərikmi?

– “Şəkərin orqanizmə mənfi təsiri var” fikri bir qədər əsassızdır. Məhz bu yanaşmaya görə, ictimailəşdirilməsini zəruri bildiyim bəzi elmi həqiqətləri geniş oxucu kütləsilə bölüşməyi zəruri bilirəm. “Şirin təhlükə” ilə bağlı müxtəlif fikirlər mövcuddur.

Söylənilən əsas iddialardan biri, şəkər qəbulunun hiperinsulinemiya ilə müşahidə olunan qanda şəkərin miqdarının kəskin artımı və sonda şəkər xəstəliyinə səbəb olma riski ilə bağlıdır. Əvvəla, adi halda qanda şəkərin miqdarının 70–80 mq/dl enişi üçün 2 TV (insulinin qatılığı təsir vahidi (TV) ilə ölçülür.) insulin tələb olunur. Halbuki, normada mədəaltı vəz hər saatda 40 mkq insulin ifraz edir. Bu miqdarın vahid zamanda hansı nisbətdə şəkəri parçalamasını adi hesablama ilə belə, müəyyən etmək çətin deyildir. Digər tərəfdən, tək şəkər deyil, sürətlə qlükozaya parçalanan digər qida qəbulu (məsələn, ağ çörək, kartof) fonunda da insulin ifrazının sıçrayışlı artımı təbii, qanunauyğun və normal bir haldır.

– Bu artım nəticəsində orqanizmdə hansı proseslər baş verir?

– İnsulin ifrazının artması tək karbohidrat mübadiləsinin tənziminə deyil, həm də baş beyində neyromediator sistemin modulyasiyasına səbəb olmaqla, “xoşbəxtlik hormonu” adlandırılan serotoninin endogen stimulyasiyasını törədir. Serotoninin strukturunun 9-tetrahidrokannabinol quruluşlu psixodeletiklərə oxşarlığı insulin ifrazının atmasının həm də həyat eşqi və illuziv fəallığın formalaşmasındakı rolunu təsdiq edir. Alman alimləri insulinin endogen stimulyasiyası fonunda törənən bu halı hətta “xəyali xoşbəxtlik hissi” və endogen depressiv halın özünütənzim mexanizmi kimi təqdim edir.

Digər tərəfdən, şəkər ekstrapiramid nüvələrdə dofaminin biosintezini sürətləndirir. Bu da məlum lokalizasiyalı atrofik-degenerativ gedişli bəzi baş beyin patologiyaları zamanı (məsələn, Parkinson xəstəliyi) korreksiyası daxili təlabatdan irəli gələn zəruri eksogen vasitə rolunu da oynayır.

Şəkər həm də Beta-endorfin reseptorlarını oyatmaqla, hipofizin orta payında bu hormonun biosintezini artıraraq, digər zəruri fizioloji effektlərlə yanaşı iştəh əleyhinə təsir də göstərir. Başqa sözlə desək, söylənilənlərin əksinə olaraq, şəkər, əslində, iştahı artırmır, ona moduləedici təsir göstərir, toxluq hissi yaradır.

Bildirirəm ki, şəkər adi yeyinti məhsusu deyil, o, orqanizmin daxili təlabatından irəli gələn təminat vasitəsi, ilk növbədə enerji mənbəyidir. Xüsusən, beyin və əzələlərin normal fəaliyyəti üçün son dərəcədə zəruridir. Orqanizmdə şəkər çatışmazlığı baş və onurğa beyininin qan təminatını pisləşdirir, başgicəllənmə, zəiflik, yuxululuq, intellektual fəallığın süstləşməsi, hətta şüurun qaranlıqlaşması və itməsinə səbəb ola bilər.

– Demək istəyirsiniz ki, şəkərin zərərli təsiri yoxdur?

– Xeyr, elə demirəm. Təbii ki, şəkərin qədərsiz miqdarda qəbulunun piylənmə, ürək-damar sistemi xəstəlikləri və sair ciddi xəstəliklərin baş verməsində əsas risk faktoru olması da həqiqətdir. Lakin bu hal orqanizmdə şəkərə olan təlabat və təminat mexanizmlərinin pozulması və buna səbəb olan xəstəliklərin nəticəsi kimi meydana çıxır. Halbuki, rafinəolunmuş şəkərin belə, gün ərzində 50 qram və ya 12 çay qaşığı qəbulu endogen təlabatın ödənilməsi üçün normal miqdar sayılır. Digər tərəfdən, nəinki şəkər, istənilən yeyinti məhsulu, hətta adi suyun belə orqanizmin təlabatından artıq miqdarda qəbulu arzuolunmaz, yolverilməz və bir çox ciddi xəstəlikləri tətikləyən haldır.

Odur ki, şəkər qəbulundan imtina edilməsi deyil, onun daxili təlabatdan irəli gələn norma daxilində qəbulu təbliğ olunmalı və əhali arasında bu cür bilgilər yayılmalı, maarifləndirmə aparılmalıdır.

Z.HÜSEYNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:383
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri