Şəkər xəstələrinin sayı azalıb, xərclər isə ARTIB
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda şəkərli diabet xəstələrinin sayında azalma qeydə alınıb. 2023-cü ilin sonunda tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 385.2 min nəfər olduğu halda, 2024-cü ildə bu rəqəm 322.3 min nəfərə düşüb.
2023-cü ilin rəqəmləri Dövlət Statistika Komitəsindən, 2024-cü ilin rəqəmləri isə Nazirlər Kabinetinin parlamentə bu gün təqdim etdiyi hesabatda yer alıb.
Məlum olur ki, şəkər xəstələrinin sayında son bir ildə təxminən 62 min nəfər (16.3 faiz) azalma var. Azalmanın səbəbi məlum deyil.
Modern.az-ın məlumatına görə, şəkərli diabet xəstələrinin sayı azalsa da, şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər artıb.
2024-cü ildə şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı 58 milyon 263 min manat vəsait xərclənib. Bu 2023-cü ildə çəkilən xərclərdən txəminən 10%, yaxud 5.3 milyon manat daha çox olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 Aprel 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















