Icma.az
close
up
RU
Şəkərli diabet tez sağalan xəstəlikdir Azərbaycanlı LOĞMAN

Şəkərli diabet tez sağalan xəstəlikdir Azərbaycanlı LOĞMAN

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ölkəmizdə çox geniş yayılmış xəstəliklərdən biri, bəlkə də birincisi, şəkərli diabetdir. Rəsmi tibb elmi onun sağalmayan xəstəliklər cədvəlində lap başdan yazıb. Halbuki təcrübə bunun tam əksini göstərir. Şəkərli diabet ən tez sağalan xəstəlikdir. Mənim 8-ci xəstəliyim şəkərli diabet idi. Həyat tərzini dəyişən kimi bu xəstəlik də yaxamı buraxdı. Bu xəstəlik də, digər xəstəliklər kimi, menyu ilə bağlıdır. Nə tökürsən aşına - o da çıxır qarşına”.
Modern.az xəbər verir ki, bunu tanınmış loğman - sağlam qidalanma üzrə mütəxəssis, yazşıçı-jurnalist Ərşad Əzimzadə bildirib.

Onun sözlərinə görə, elmə çoxdan bəllidir ki, orqanizmə enerji verən alkoqol və şəkərdir. Bunlar yoxdursa – güc də yoxdur. Ona görə də bizim bədənimiz hər gün qəbul etdiyimiz qidalardan həm spirt hazırlayır, həm də şəkər. Ana təbiətin əbədi qanunlarından biri olan tarazlıq qanunu tələb edir ki, bu iki element eyni səviyyədə olsun.

“Tarazılıq qanunu pozulanda nə baş verir? Əgər bədəndə spirt (alkoqol) çoxdursa ürək-damar xəstəliyi törəyir. Şəkər artıqdırsa, tibb eliminin “şəkərli diabet” adlandırdığı xəstəlik baş qaldırır. Bu halda həkimlər orqanizmə, sözün əsl mənasında, təcavüz edirlər. Siftə vaxtlar xəstəyə nisbətən zəif həblər təyin edirlər. Xəstəlik dərinləşir, şəkər qalxır. Bu zaman keçirlər iynələrə. Get-gedə iynələr də qalxan şəkərin qarşısını ala bilmir. Onda dozanı artırmaq lazım gəlir. Beləcə, insan ömürünün axırına kimi dərmandan aşlı vəziyyətdə qalır”, - Ə.Əzimzadə deyib.


Ə.Əzimzadənin sözlərinə görə, diabet xəstəliyini çox təhlükəli edən bir neçə məqam var:
“Əvvəla, qanda şəkərin artıq olması gətirib yeni xətəliklərin törənməsinə çıxarır. İkincisi, şəkərli diabet digər xəstəliklərin sağalmasına ikman vermir. Üçüncüsü və ən təhlükəlisi budur ki, diabet xəstəsi bədənin hər hansı bir yerində zədə aldıqda yara sağalmır, qanqrena baş verir.

Tanıdığım bir qadın, şəkər xəstəsi ayağının baş barmağını zədələmişdi. Qanqrena başladı. Barmağı kəsdilər. Amma çürümənin qarşısını ala bilmədilər. Cərrah ayağı topuqdan, sonra dizdən, daha sonra buddan kəsdi. Cavan qadın dünyasını dəyişdi.

Bu faciə ona görə baş verdi ki, nə dərmanlar, nə də cərrah bıçağı bu xəstəliyi törədən səbəbi aradan qaldırmır. Səbəb qalır. Səbəb qaldığı üçün nəticə (xəstəlik) də qalır. Səbəbi aradan götürmədən nəticəni ləvğ etmək mümkün deyil.

Bəs səbəb nədir?

Bu yerdə dünya tibb eliminin banisi olan Hipporkatın “biz –nə yeyiriksə, oyuq” fəlsəfəsi və Məhəmməd Peyğənbərin “bütün fəsadların yuvası- mədədir, bütün dərdin carəsi – pəhrizdir” kəlamı yada düşür. Düzgün qidalanmadan, pəhriz saxlamadan heç bir xəstəliyi sağaltmaq mümkün deyil.

Pəhriz 3 qoldan ibarətdir: nə yemək, necə yemək və nə qədər yemək? Bu üç prinsipal məsələni düzgün həll edən adam şəkərli diabetdən və digər xəstəliklərdən çox rahat yaxa qurtara bilir.

Gəlin indi bu 3 sualı araşdıraq; nə yemək? Artıq biz bilirik ki, alimlər qidaları 2 qismə bölüb: ölü qidalar və canlı qidalar. Bişmiş, duza və ya səkərə qoyulmuş, rafinləşdirilmiş qidaların tərkibində heç bir vitamin, üzvi duz, təbii yağ və turşu qalmır. Bütün xəstəlikləri ölü qidalar törədir. Ona görə də xəstə heç olmasa, sağalana kimi, ölü qidalardan imtina etməlidir. Menyu ancaq çiy qidalardan ibarət olmalıdır.

Nə qədər yemək?

Çiy qidalar sağlamlıq üçün zəruri sayılan elementlərlə zəngin olduğundan, onların çox kiçik bir hissəsi orqanizmin tələblərini ödəyir.

Necə yemək?

İnsan ona görə xəstələnir ki, bir – biri ilə uzlaşmayan (yola getməyən) qidaları eyni vaxtda qəbul edir. Bu halda qidalar həzm olunmur, şlaka (zir-zibilə) çevrilir, mikroblar onu yeyir və sürətlə artıb – törəyir. Digər tərəfdən də, hüceyrələr ac qalır və qırılır. İmmun sistemi zəyifləyir və insan müxtəlif xəstəliklərə tutulur. Bunun qarşısını almaq üçün qidalanma qaydalarına dəqiq əməl etmək zəruridir. Yəni, öncə çiy su içmək, 15 dəqiqədən sonra meyvə yemək, 30 dəqiqədən sonra tərəvəz salatı ilə hər hansı bir xörəyi (dəmləmə şəklində) qəbul etmək.

Nəzərə alın ki, çiy su artıq şəkəri alkoqola, artıq spirti isə şəkərə çevirər və balansı saxlayan yeganə qidadır. Hər adam gün ərzində öz çəkisinin 1 kiloqramına 30 qram çiy su içməlidir. Bura meyvə və tərəvəz şirələri də daxildir.

Mən bu qaydalara dəqiq əməl etdiyim üçün 8 «sağalmayan» xəstəliyin, o cümlədən, şəkərli diabetin kürəyini yerə vura bildim”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Oktyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri