Şəki filialında inklüziv təhsillə bağlı təlim
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında fəaliyyət göstərən İnklüziv təhsil mərkəzində “İnklüziv sinifdə müəllimin psixoloji rolu: qəbul, empatiya və münasibət” mövzusunda maarifləndirici təlim təşkil olunub.
XQ xəbər verir ki, təlim mərkəzin rəhbəri, Humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirova tərəfindən keçirilib.
Gələcəyin müəllimi olacaq tələbələrdə inklüziv düşüncə tərzinin formalaşdırılması, humanist dəyərlərin təşviqi və sağlam müəllim-şagird münasibətlərinin qurulmasına töhfə vermək məqsədilə keçirilən təlimdə inklüziv təhsildə müəllimin psixoloji yanaşmasının əhəmiyyəti, xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı düzgün münasibətin formalaşdırılması, empatiya bacarıqlarının inkişaf etdirilməsi və sinif mühitində qəbul atmosferinin yaradılması kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb.
İnteraktiv formada təşkil olunan təlimdə maarifləndirici videoçarxlar nümayiş etdirilib, tələbələrlə müxtəlif praktik nümunələr əsasında fikir mübadiləsi aparılıb. Videomateriallar vasitəsilə müəllim yanaşmasının inklüziv təhsildə uşaqların sosial və emosional inkişafına təsiri xüsusi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 18 May 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















