Icma.az
close
up
RU
Səki, keçid, dayanacaq, inklüzivlik... Şəhərin infrastrukturunu yeniləmə istiqamətində təkliflər

Səki, keçid, dayanacaq, inklüzivlik... Şəhərin infrastrukturunu yeniləmə istiqamətində təkliflər

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bizimyol.info nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin yol infrastrukturu ilə bağlı məqaləsini təqdim edir.

Səki

Səki üçün təyin edilmiş köhnə standartlar yenilənməli, axınlar müasir vasitələrlə müəyyən edilməlidir. Səkinin eni köhnə standartla 1.5 metr qəbul olunub. Bu, dəyişməlidir.

Küçədə piyada səkisi bölünməlidir. Bufer zona, tranzit zona və iaşə obyektləri üçün terrasların qurulacağı sahə. “Bufer zona”da yol nişanı, ağac və reklam ola bilər. “Tranzit zona” yalnız piyadanın hərəkəti üçün nəzərdə tutulub. İaşə obyektləri üçün terrasların qurulacağı sahə bufer zonanı keçməyəcək şəkildə qurulmalıdır ki, piyadaların sabit axınla hərəkətinə mane olmasın.

Məhəllə girişləri səki səviyyəsinə qaldırılmalıdır ki, həm baryersiz mühit yaransın, həm də sürücülərin daha diqqətli davranmasına səbəb olsun.

Səkilərin zəbt olunmasını önləmək üçün tumbalar qurulmalıdır ki, fiziki cəhətdən zəbt mümükünsüz olsun. Səkilərdə köşklər və onların soyuducuları piyadanın hərəkətinə mane olmayacaq ölçüdə qurulmalıdır.

Səkilərdə və keçidlərdə kommunikasiya xətləri yerin altına keçirilməlidir ki, azmobilli insanların baryersiz hərəkəti təmin olunsun. Səkilərdə panduslar qurulmalıdır ki, azmobilli insanlar (qocalar, əlilllər, yükü olanlar, uşaq arabasıyla hərəkət edənlər) rahat maneəsiz istifadə edə bilsinlər. Qeyd olunan nümunələr “Port Baku” və “Ağ şəhər” layihəsində tətbiq edilib.

Səki örtüyündə asfalt və mərmərdən imtina olunmalıdır. Çünki asfalt qızır və piyadalara diskomfort yaradır. Bu da piyada hərəkətinə mane olur. Mərmər radiasiya effekti ilə yanaşı, yağışlı və qarlı havada sürüşməyə səbəb olur, piyadaların xəsarət almasına zəmin yaradır.

Keçidlər

Küçə boyu şəhər daxilində 300 metrdən bir eyni səviyyədə zebra keçidlər təmin edilməlidir. Yol kəsişməsində 4 tərəfli və diaqonal keçidlər təşkil edilməlidir.

Sürəti azaldan həllər

Əgər küçə iki zolaqdan artıqdırsa, burada zolaq ensizləşdirilməli və təhlükəsizlik adacığı qurulmalıdır.

Təhlükəsizlik adacığının funksionallığı

Piyada yolu tam keçməyə yetişməsə, adacıqda özün təhlükəsiz hiss edəcək və avtomobillər də bu sahələrdə sürəti azaldacaq.

Zolağın ensizləşdirilməsi sabit axını və nizamlı hərəkəti təmin edir, yanlış manevr imkanın aradan qaldırmaqla mümkün qəza riskini minimuma endirir.

Keçidlər kontrast işıqlandırmayla təmin olunmalıdır. Bu, sürücüyə keçidi uzaq məsafədən keçid görmək imkanı yaradacaq və onun daha diqqətli davranmasına kömək edəcək.

Həssas qrupların gedəcəyi məkanların (bağça, məktəb, klinika, xəstəxana və s.) qarşısında sürəti azaldan həllər tətbiq edliməlidir.

Sürəti azaldan həllər dedikdə, “Berlin yastığı” nəzərdə tutulur.

Səki daşlarının hündürlüyü 15 sm-dən yüksək olmamalı, səki zəbtinə qarşı tumbalar qurulmalıdır.

Şəhərətrafı yollarda müxtəlif səviyyəli baryersiz keçidlər təmin edilməlidir. Yaşayış məntəqələrində bu keçidlərə gələn səkilər təftiş olunmalı işıqlı və rəvan olması təmin edıilməlidir. Həmçinin keçidlərin sayı artırılmalıdır.

Dayanacaq

Dayanacaqlar piyada üçün əlverişli məsafədə olmalıdır: 300-350 metr.

Dayanacaqlarda “anticiblər” qurulmalıdır ki, parkinq sahəsi fiziki olaraq dayanacaq sahəsindən ayrılsın. Əgər dayanacaq ensiz səkidə yerləşirsə, kənarları olmadan qoyulmalıdır (nümunə: 8 noyabr prospektində qurulan dayanacaqlar)

Minib-düşmə məntəqələrinin sayı artırılmalı, təhlükəsiz istifadə üçün şərait yaradılmalıdır.

Əgər bir dayanacaqda çox avtobus dayanırsa, uzun platformalar qurulmalı. Ərazi imkan verirsə, axınlar və adacıqlar ayırmaqla rahat keçid təmin olunmalıdır.

İnklüzivlik

Gözdən əlillər üçün səki boyunca taktil plitələr düzülməlidir. Avtobus, metro, dəmiryolu stansiyasında səsli svetoforlar və elanlar təmin olunmalıdır.

Dayanacaqların önündə avtobusun maksimum səki yaxınlaşmasın təmin etməkdən ötrü Kassel səki daşları qurulmalıdır.

Svetofor fazaları

Svetofor fazalarında piyadaları uzun gözləməməsi üçün işlər görülməlidir.

Ümumiyyətlə, piyada keçidi ilə fazanın minimum müddəti T = D / 1.3 + 5 düsturu ilə hesablanır. T - piyada keçidinin minimum müddəti (saniyələrlə), D - keçidin uzun tərəfi boyunca keçidin məsafəsi (metrlə), 1.3 m / s - piyadanın təxmini sürəti, sadəcə olaraq məhdud hərəkətli insanlar üçün 5 saniyə əlavə olunur. Hərəkət qabiliyyəti məhdud olanlar, yavaş olanlar və gecikənlər üçün ehtiyat götürülür. Faza tamamilə piyada olduğu və bir neçə keçid olduğu halda, müddət adətən ən uzun keçidin ən uzun tərəfi əsasında hesablanır. Yəni D-nin maksimum qiyməti alınır. Buradakı ən uzun “klassik” keçidin uzun tərəfi 20 metr idi və düsturla piyada mərhələsi 21 saniyə (20/1,3+5) olmalı idi. Və "diaqonallar" tətbiq edildikdən sonra ən uzun kəsişmə indi 35 metrdir və düstura görə 32 saniyə (35/1.3+5) olması nəzərdə tutulur. Beləliklə, fazaya 10-11 saniyə əlavə etmək lazımdır.

Kimsə deyəcək ki, “diaqonal keçidlərlə kəsişmələrdə piyada mərhələsini uzatsan, tıxac yaranar”. Bu, üç səbəbə görə doğru deyil.

1. Bir çox kəsişmələrdə piyada fazasinin uzunluğu formulun tələb etdiyindən daha uzundur. Axı ekspertlər başa düşürlər ki, keçidlər L hərfi şəklində olsalar da, eyni anda iki keçiddən keçərək yolayrıcını birdən-birə keçməyə çalışacaqlar və 4-5 saniyə əlavə edirlər ki, 2 keçidi ən azı sürətli gəzişməklə keçə bilsinlər. Əgər kəsişməmiz məhz belə olsaydı, 10 yox, cəmi 5-6 saniyə əlavə etməli olardıq.

2. Bütün kəsişmələrdə ötürmə qabiliyyəti ilə bağlı problemlər yoxdur. Piyada fazasını hətta 10 saniyə artırmaq da tıxac yaratmayacaq.

3. Nəhayət, faza minimum hesablanırsa və ötürmə qabiliyyəti ehtiyatı yoxdursa, nəqliyyat vasitələrinin eyni 5-10 saniyə keçməyə vaxtı olmayan 1-2 fazanı uzatmaq olar. Bu, piyada fazasının uzanması səbəbindən faza əmsalının itirilməsini kompensasiya edəcəkdir.

Qəzaların təhlili

Qəza ocaqları xəritəsi koordinatlı tərtib edilməli və ona əsasən təhlillər aparılmalıdır. Eyni nöqtədə ölümlə nəticələnən 3 qəza varsa, qara nöqtədir və təxirə salınmadan infrastruktur həlliylə risklər minimumlaşdırılmalıdır. Hazırda qəzalar yolun km göstəricisiylə qeyd olunur, bu da dəqiq təhlil etməni çətinləşdirir. 1 km 1000 metrədir. Bu səbəbdən dəqiq koordinatlar göstərilməli, yolun konkret hansı hissəsində qəza olması mütləq qeydə alınmalıdır.

Ortaq və ya paylaşılan küçə

Sürəti 30 km/saat olan zonada şəhərin mərkəzi hissəsi ortaq küçə plinsipiylə qurulmalı, səki və yol eyni səviyyədə təşkil edilməli, örtük fərqli olmalıdır. Örnək: “İçərişəhər” və “Balaxanı”.

"Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxs (AZSTAND) səkilərin standartlarını yeniləməli və müasir dünyanın standartlarına uyğunlaşdırmalıdır.

Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi səkilərin örtüyünə və pandusların maillik faizinə, girişlərin səki səviyyəsiylə eyni qurulmasına və səkilərin davamlılığına tikinti icazələri verdiyi zaman bir şərt kimi qoymalıdır, əməl etməyən podratçı və təşkilatlar cərimələnməlidir.

Dövlət Yol Polisi Qəza ocaqlarının xəritəsini dəqiq kordinatlara əsasən tərtib etməli və bunu paylaşmalıdır. Səkilərdə və zebralarda park edənlərə qarşı sərt nəzarət edilməli, cərilənməli və bu növ hallar təkrarlandığı təqdirdə, sürücülük hüququndan məhrum etməyə kimi cəza tətbiq olunmalıdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)  küçələrdə dayanacaq və zebraların sayını artırmalıdır. Şəhər daxilində müxtəlif səviyyəli keçidlərin yanında eyni səviyyəli keçid və sürəti azaldan həllər təmin edilməlidir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi zebralı keçidləri axınlara uyğun olaraq svetoforla təmin etməlidir. Svetofor fazaları piyada axınına uyğun qurulmalıdır.

Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti və ümumiyyətlə, ölkənin bütün icra hakimiyyətləri səkilərin abadlaşdırılmasına və standarta uyğun tikilməsinə, kəsintisiz olmasına və işıqlandırılmasına diqqət ayırmalıdır. Keçidləri kontrast işıqlandırmayla qurmaq şərtiylə. Səki boyunca köşklərin, iaşə obyektlərin girişlərində müəssərliyi tələb kimi qoymalıdır. Restoran terrasaları və küçə ticarəti piyada hərəkətinin axınına mane olmayacaq şəkildə təşkil olunmalı, buna ciddi nəzarət etməli və qaydaları pozanları cərimələlidir. Səkilərdə pandusların məhəllə girişlərində səki səviyyəsində qurulması təmin etməlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi şəhərdaxili çox funksional küçələrin standartlarını mənimsəyib layihələndirən və işi icra edən podratçılara hər bir küçə elementinin vacibliyi barədə mütəmadi təlimlər keçməlidir, sürəti azaldan həllər şəhər küçələrinin tikintisi və təmiri, yenidənqurması lahiyələrin icrasını təmin etməlidir.

Nəqliyyatı Əlaqələndirmə Şurası hər hansı yol infrastruktur lahiyələrinin icrası zamanı hər bir hərəkət içtrakçısını nəzərə alaraq müvəqəti servis yolları və piyadaların hərəkət etməsi üçün keçidlər təmin olunmalıdır, podratçı qarşısında tələb kimi qoymalıdır.

Müəllif: Rauf Ağamirzəyev, nəqliyyat məsələləri üzrə ekspert

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 İyun 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see191

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see166

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see135

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri