Şəhərin mərkəzi küçəsinin ortasında konsert VELOSİPED ZOLAĞI VƏ SƏKİ ZƏBT EDİLDİ VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı şəhəri Səbail rayonunda keçirilən açıq hava konserti narazılığa səbəb olub.
Avtosfer.az xəbər verir ki, konserti təşkil edən “İva Restaurant” adlı iaşə obyekti ərazidə yenicə təşkil olunan velosiped zolağını tamamilə zəbt edib və həm velosiped, həm də skuter sürücülərinin hərəkətinə mane olub.
Əziz Əliyev küçəsində keçirilən partidə xeyli sayda insan iştirak edib, bu isə həm piyadaların, həm də velosiped sürücülərinin hərəkətində çətinliklər yaradıb. Sakinlər və xüsusilə yüngül nəqliyyat vasitələri bu vəziyyətdən narazılıq edərək məsuliyyətli qurumlardan tədbir görülməsini tələb edirlər.
Əldə etdiyimiz məlumata görə, restoran eyni konsertdən bu həftə üçün də keçirilməsini planlaşdırır. Qanunvericiliyə əsasən, velosiped zolaqlarının, eləcə də səkilərin zəbt olunması inzibati xəta hesab olunur və cərimə ilə nəticələnir.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















