Icma.az
close
up
RU
“Şəki Open” qeydlərim: veni, vidi, vici!

“Şəki Open” qeydlərim: veni, vidi, vici!

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Düz 35 il öncə peşəkar şahmata "əlvida" demişdim. Bir sıra dost şahmat müəlliminin təkidi ilə "şeytanın qıçını qırmağa" razılaşdım və "Şəki Open" Beynəlxalq Şahmat Festivalında qüvvəmi sınamağı qərara aldım.

İyunun 18-də bir qrup şahmatçıyla Bəxtiyar Vahabzadənin doğulduğu şəhərə gəldik. Ertəsi gün isə turnirə start verildi. Bəndəniz B qrupunda (FİDE reytinqi 1900-a qədər şahmatçılar) mübarizəyə qoşuldu. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun da qatıldığı açılış kifayət qədər uğurlu alındı. İndi də turnir barədə.

Şahmat oyunu 3 hissəyə bölünür: debüt (oyunun əvvəli), mittelşpil (oyunun ortası), endşpil (oyunun sonu). Turnir İsveçrə sistemi ilə keçirilirdi və 9 turu əhatə edirdi. Mən də yazını 3 hissəyə bölüb, sonda bağlanışa dair müəyyən qeydlərimi sizlərlə bölüşəcəm.

Debüt

35 il klassik şahmat oynamayan və təbii ki, yarışa hazırlaşmayan bəndənizin ilk turda qismətinə Çin şahmatçısı çıxdı. İrəliyə gedərək qeyd edim ki, həmin xanım sonda qadınlar arasında gümüş medala layiq görüldü. Buna baxmayaraq, dişimi dişimə qıcayıb qaralarla heç-heçəyə nail oldum. Ardınca qazandığım qələbə məni öz-özümə "yəni doğrudan qocalmamışam?", - sualını verməyə vadar etdi. Ancaq artıq 3-cü turda ilk məğlubiyyətimi aldım.

Mittelşpil

Əslində, yuxarıda bəhs etdiyim situasiyaya görə, 50 faizlik nəticə heç də faciə sayılmamalı idi. Lakin Əsasnamədə reytinqsiz şahmatçıların da mükafatlandırılacağına dair qeyd olduğundan, "gizli iştah"ıma güc gələ bilmirdim. Təəssüf ki, növbəti 3 turda da fövqalnəticə əldə edə bilmədim. Yenə də 1 qələbə, 1 heç-heçə və bir məğlubiyyət. Maraqlıdır ki, bu dəfə də xal itirdiyim şahmatçılardan biri əcnəbi oldu. Bu dəfə türk şahmatçısına məğlub oldum.

Endşpil

Finişə 3 tur qalmış reytinqsiz şahmatçılar arasında ilk onluğun "quyruğu"nda qərarlaşmağım bir evdə qaldığım müəllimlərə "sabah da uduzsam, turniri yarımçıq tərk edəcəm", - deməyimi şərtləndirdi. Amma dostların ilk gündən "oynadıqca açılışacaqsan. Beyninin şahmat hissəsi paslanıb, yağ tökmək lazımdı, özünü darıxdırma", -  demələri məni az da olsa ümidləndirirdi. Nəhayət, son 3 turda həqiqətən "pas" açılmağa başladı. Ardıcıl 2 qələbə və öz kateqoriyamda 1-ci pilləyə yüksəldim. Əsas rəqibimlə xallarımız eyni olsa da, əmsalda onu qabaqlayırdım. Bununla yanaşı, daha iki reytinqsiz şahmatçı liderlərdən cəmi 0,5 xal geri qalırdı. Dolayısı ilə son turda hətta mükafatçılar sırasından kənar qalmaq təhlükəsi ilə üz-üzə idim. Birinci pilləni yalnız qələbə təmin edə bilərdi ki, bunu böyük çətinliklə bacardım. Bundan başqa 50 yaşdan yuxarı şahmatçıların sıralamsında da irəliyə yalnız əlavə əmsallarda geri qaldığım təcrübəli Araz Babayevi buraxdım. Ümumi göstərici də pis alınmadı: 9 oyundan 6 xal və 144 iştirakçı arasında 19-cu nəticəni göstərdim.

Suqsvanq

Nəhayət, yarışın bağlanışı haqda. Təəssüf ki, bağlanış turnirin statusuna uyğun olmadı. Təşkilatçılara da bütün gördüyüm qüsurları bildirdim. Nə xoş ki, səmimi etiraf gördüm. Ümumilikdə, bu cür turnirlərin keçirilməsi şahmatın inkişafına ciddi töhfə verir. Artıq 2 gündən sonra "Lənkəran Open" başlayır. İnanmaq istəyirəm ki, növbəti yazım yalnız major notda olacaq. Bu dəfə qüsurlar barədə yalnız bilavasitə təşkilatlarla danışmaqla kifayətlənirəm. Pozitiv notlar ümidi ilə,

CEYHUN ƏLİYEV, Bakı-Şəki-Bakı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://sport24.az
archiveBu xəbər 26 İyun 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see241

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri