Şəkidə 66 yaşlı kişi aldığı xəsarətlərdən öldü
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
İki nəfərin mübahisəsi ölümlə nəticələnib.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, yanvarın 10-da Şəki rayonunun İnçə kəndi ərazisində 1960-cı il təvəllüdlü Səttar Nəbiyevlə 26 yaşlı Hüseyn İsmayılov arasında şəxsi münasibətlər zəminində mübahisa yaranıb. Mübahisə zamanı H.İsmayılov S.Nəbiyevin üz nahiyəsinə əli ilə vuraraq xəsarət yetirib. Bundan sonra xəsarət alan şəxs H.İsmayılovun atası tərəfindən evinə aparılarkən o, yolda avtomobildən enib və bir qədər getdikdən sonra yıxılaraq növbəti dəfə xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən S.Nəbiyev bu gün aldığı xəsarətlərdən ölüb. Polis əməkdaşları H.İsmayılovu şübhəli şəxs qismində saxlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 12 Yanvar 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















