Icma.az
close
up
RU
Şəkidə abadlıq və bərpa işləri həyata keçirilir

Şəkidə abadlıq və bərpa işləri həyata keçirilir

525.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Abadlıq Xidməti tərəfindən Şəki şəhərində abadlıq, təmir-bərpa işləri həyata keçirilir. Əsas məqsədi şəhərin tarixi-memarlıq irsini qorumaqla, müasir şəhərsalma prinsiplərinə uyğun, rahat və estetik şəhər mühiti formalaşdırmaqdır.

Aparılan işlər çərçivəsində Şəkinin əsas küçə və prospektlərində yolkənarı infrastruktur yenilənir, yaşayış evlərinin fasadları, hasarlar, darvazalar, qapılar və səkilər bərpa edilir. Zəruri hallarda dam örtükləri təmir olunur və ya yeniləri ilə əvəz edilir. Bərpa prosesində Şəki şəhərinin memarlıq ənənələrinə uyğun rəng çalarları və yerli tikinti materiallarından istifadə olunur. Kərpic, qaya daşı, taxta layihənin əsas materiallarını təşkil edir.

Layihənin mühüm hissəsini şəhərin tarixi küçələrindən biri olan Calğalıbulaq küçəsi və bu küçə ilə əlaqəli parkların yenidən qurulması təşkil edir. Küçəyə birləşən M.Füzuli, M.F.Axundov və B.Vahabzadə adına parklar kompleks şəkildə abadlaşdırılacaq.

Bu parklar arasında M.Füzuli parkı xüsusi əhəmiyyət daşıyır. Füzuli Parkının bərpası üçün xüsusi konsept layihə hazırlanıb. Layihə parkın ziyarəti zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərovun tövsiyələri əsasında işlənib.

Layihə çərçivəsində parkın tarixi simasını əks etdirən mozaik pannoların bərpası nəzərdə tutulur. Vaxtilə fəaliyyət göstərmiş "Yay teatrı" da bərpa olunaraq şəhər sakinlərinin istifadəsinə veriləcək.

Füzuli parkında geniş yaşıllaşdırma işləri də aparılacaq, ərazi funksional şəkildə zonalara ayrılacaq. Burada uşaqlar üçün oyun meydançaları, istirahət məkanları yaradılaraq parkın bütün yaş qrupları üçün cəlbedici ictimai məkana çevrilməsi təmin ediləcək.

Abadlıq işləri Şəki Şəhər İcra Hakimiyyəti və aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Layihə çərçivəsində görülən bütün işlərdə Şəkinin memarlıq üslubu və şəhərin özünəməxsus tarixi siması əsas prinsip kimi qorunur.

Məmməd ŞƏRİF

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2026 05:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri