Şəkidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şəkidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
Gununsesi.info xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kiş kəndində baş verib.
Kiş kənd sakinləri – 1994-cü il təvəllüdlü Taryel Məhəmməd oğlu Abdullayev, 1993-cü il təvəllüdlü Billur Məmmədrəsul qızı Abdullayeva, 2019-cu il təvəllüdlü Fərid Taryel oğlu Abdullayev və 2024-cü il təvəllüdlü Məhəmməd Taryel oğlu Abdullazadə dəm qazından zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə daxil olublar.
Xəstəxanada tibbi yardımdan sonra onların vəziyyəti stabilləşib. Hazırda müalicələri Şəki RMX-da davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:75
Bu xəbər 02 Dekabr 2024 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















