Şəkidə üç nəfəri it DİŞLƏDİ
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şəkidə üç nəfəri it dişləyib.
"Unikal"ın məlumatına görə, bu gün rayonun Çayqaraqoyunlu kənd sakini, 2021-ci il təvəllüdlü Cəlal Niyaz oğlu Osmanov, Şəki kənd sakini 2017-ci il təvəllüdlü Zəhra Bəhram qızı Yadigarlı və
60 yaşlı Şəki şəhər sakini Cahangir İbrahimxəlil oğlu Salmanov it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Xəstəxanada hər üç şəxsə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Seymur Əli
Baxış sayı:152
Bu xəbər 22 Noyabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















