Icma.az
close
up
RU
Şəkidə meşə arıçılığının inkişafı ilə bağlı təlimlər davam edir

Şəkidə meşə arıçılığının inkişafı ilə bağlı təlimlər davam edir

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

3 Avqust 2026-cı tarixində Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə BP Şirkətinin birgə maliyyələşdirdiyi və “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Şəki-Zaqatala regionunda meşə arıçılığının inkişafına dəstək” layihəsi çərçivəsində layihənin fəaliyyət planına uyğun olaraq “Regionun iqtisadi inkişafında arıçılığın rolu” və “Arıçılığın ekologiyaya təsiri” mövzularında təlim-görüş təşkil olunub.

"Cebheinfo.az" xəbər verir ki, həmin gün keçirilən təlimi “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev açdı və mövzuların təqdimatı üçün sözü təlimçi E. Rəhimova verib.

Təlimçi, ilk öncə təqdimat mövzularını iştirakçıların nəzərinə çatdırıb. Əvvəlki təlim-görüşlərdə təqdim olunan mövzu ilə bağlı iştirakçılara suallar ünvanlayıb.

O, regionun iqtisadi inkişafında meşə arıçılığının rolundan danışdı. Qeyd etdi ki, bu gün nəinki regionda, ümumilikdə ölkəmizdə arıçılıq məhsullarının istehsalı daha çox diqqət göstərilir və bu tendensiya regionun iqtisadi inkişafına da müsbət təsirini göstərir. Belə ki, əhali arıçılıqla məşğul olduqları zaman arıçılıq məhsullarının satışından yüksək gəlir əldə edir, ən azından öz ailə büdcəsinin artırılmasına nail olurlar. Əvvəlki təlimdə qeyd olunduğu kimi, bizim region müşə arıçılığının inkişafı üçün çox böyük imkanlara malikdir.

Floramız isə daha çox imkan verir ki, arıçı fermerlər daha çox qazanc əldə etsinlər. Bunun nəticəsində həm əhali gəlir əldə edəcək və həm də regionumuz iqtisadi cəhətdən daha sürətlə inkişaf edəcək. Çay fasiləsindən sonra, ekspert, Biologiya üzrə fəlsəfə doktoru Qüdürət Bəkirov arıçılığın ekologiyaya təsirindən də geniş söhbət açıb.

O, biomüxtəlifliyin qorunmasında regiona xas olan arıçılığa, ipəkçiliyə, heyvandarlığa və quşçuluğa dövlət dəstəyindən danışdı. Qeyd etdi ki, arıçılığın inkişafı da insanların həyat tərzinə çox təsir edir.

Qidalandığımız bir çox məhsullar məhz  arılar tərəfindən baş verən tozlandırma prosesləri nəticəsində hazırlanır. Arılar olmadan təbiəti qorumaq olmaz. Odur ki, bu layihənin şüarı düzgün seçilib. “Arılar təbiətin dostudur” və “Arıları yaşadaq, təbiəti qoruyaq”.

Daha sonra, iştirakçıların əldə etdikləri bilik və bacarıqların yoxlanması üçün keçirilən təqdimətlara uyğun olaraq hazırlanmış imtahan-viktorina keçirildi. Təlimin sonunda layihə rəhbəri M. Nağıyev qeyd edib ki, 5 gün ərzində təlimlərin qiymətləndirilməsi vərəqələri təhlil olunmuş və iştirakçıların hamısının təklifləri sonuncu təlim-görüşün arıçılıq sahəsinə səfər edərək orada əyani təcrübə keçsinlər.

Ona görə də, 4 avqust 2026-cı il tarixdə iştirakçılar Arıçı fermer Çingiz Nağıyevin təsərrüfatına səfər edəcək və təlim görüş sahədə təşkil olunacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Avqust 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri