Icma.az
close
up
RU
Şəkidə Rasim Ocaqovun xatirəsi ehtiramla yad edilib

Şəkidə Rasim Ocaqovun xatirəsi ehtiramla yad edilib

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 93-cü ildönümü tamam olur.

“Qafqazinfo” xəbər verir ki, Rasim Ocaqov 1933-cü il noyabrın 22-si Şəkidə anadan olub. Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışıb. İlk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.

Azərbaycan kinematoqrafiyasında istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən əsrin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayıb. Onun filmləri sırasına “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” kimi ekran əsərləri daxildir.

Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi “Qətldən 7 gün sonra”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir. 

Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. Onun yaratdığı kino və televiziya filmləri ayrı-ayrı kinofestivallarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülüb, sənətşünaslar və tamaşaçılar tərəfindən daim böyük rəğbətlə qarşılanıb.

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Rasim Ocaqovun anadan olmasının 93-cü ildönümü onun doğulub boya-başa çatdığı Şəki şəhərində də anılıb.

Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, ziyalılar, ictimaiyyətin nümayəndələri Rasim Ocaqovun şəhərin Sülh meydanında, “Güyümlər” dairəsi adlanan ərazidə qoyulmuş barelyefi önünə gül-çiçək dəstələri düzüb, sənətkarın xatirəsini ehtiramla yad ediblər.

Görkəmli sənətkarın anadan olmasının 93-cü ildönümü münasibətilə Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində "Sənətə həsr olunmuş ömür” adlı sərgi təşkil olunub, onun rejissoru olduğu filmlərdən fraqmentlər nümayiş etdirilib.

Azərbaycan kino sənətinə böyük töhfələr vermiş kinorejissor Rasim Ocaqovun əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Noyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri