Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Şəkidə xalq sənətkarlığına maraq ildən ilə artır

Şəkidə xalq sənətkarlığına maraq ildən ilə artır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Şəki, 25 avqust, AZƏRTAC

Tarixi mənbələrə görə 1861-ci ildə Şəkidə 1735 sənətkar yaşayırdı. Şəki şəhərində yaranan xalq tətbiqi sənəti sahələrinin demək olar ki, hamısı bugünədək yaşadılmaqdadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, illər ötdükcə sənətkarlar öz sənət sirlərini, qazandıqları təcrübəni nəsildən-nəslə ötürərək bugünümüzə qədər yaşatmışlar.

Şəki sənətkarlarının istehsal etdikləri məhsullar yerli əhalinin tələbatını ödəməklə yanaşı, xarici ölkə bazarlarına da yol tapıb. Hazırda da Şəkinin “Yuxarı baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində “Sənətkarlar evi” fəaliyyət göstərir və bu məkandan yerli və xarici turistlər çox faydalanır.

Şəkinin tərəqqisi həm də sənətkarlığın inkişafı ilə sürətlənib, dünyada tanınıb. Bu qədim diyarda sənət, sənətkarlıq inkişaf etdikcə əhalinin gün-güzəranı da yaxşılaşıb, yeni-yeni karvansaralar tikilib, xalqlar və ölkələr arasında ticarət əlaqələri genişlənib. Şəhər inkişaf etdikcə həyata uyğun bir çox yeni sənət sahələri yaranıb və onların bir çoxu indi də uğurla inkişaf etdirilir.

Bu qədim diyarda hazırda da 20-dən çox sənət növü bu gün də yaşadılaraq inkişaf etdirilir. “Yuxarı baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisindəki “Sənətkarlar evi” yerli sənətkarların əl işlərinin sərgilənməsi üçün ən gözəl bir məkandır. Burada saysız-hesabsız əl işləri nümayiş etdirilir. Yeri gəlmişkən sənətkarların emalatxanası da elə bu məkanda yerləşir.

Turizm mövsümü ilə əlaqədar “Sənətkarlar evi”nin qapısı bağlanmır desək yanılmarıq. Bura günün istənilən saatında qonaqlı-qaralı olur. Ağac üzərində oyma sənəti ilə məşğul olan Tural Vəlicanov da səhərin erkən satından iş başındadır.

“2010-cu ildən ağac üzərində oyma və yandırma sənəti ilə məşğulam. Əvvəllər gələn qonaqlarımız böyük əl işlərinə üstünlük verirdilər, indi isə turistlər daha çox balaca suvenirlərlə maraqlanır”,- deyən oyma ustası müştərinin sifarişini yerinə yetirir və Şəkinin tarixi məkanını əks etdirən əsərini ona təqdim edir.

Qarşı tərəfdə isə Vələdovlar ailəsinin emalatxanası yerləşir. Atasından bu sənəti qəbul edən Elxan onu şərəflə yaşadır və inkişaf etdirir. Elxanın emalatxanasında Şəki və ölkəmizin müxtəlif tarixi məkanlarını, eləcə də musiqi alətlərini əks etdirən onlarla əl işinə rast gəlmək mümkündür. “Mən və qardaşım illərdir ki, bu qədim sənətlə məşğuluq. Azərbaycanın milli musiqi alətlərini - tar, kamança, qaval, saz və s. hər birini burada hazırlayırıq. Gələn turistlərin maraq göstərdiyi isə Azərbaycanın tarixi abidələrinin rəsmləridir, qədim mili-musiqi alətlərimizdir. Həm suvenirlərə, həm də professional musiqi alətlərinə böyük maraqla baxır və alırlar”,- deyən Elxan bir sıra əl işlərini təqdim edir.

Əlbəttə ki, “Sənətkarlar evin”ə gəlmişkən xovlu tikmə sənətini yaşdan birinci qrup əlil Rəhman Kamiloğlunu emalatxanasında ziyarət etməmək qeyri mümkündür. “Sənətkarlar evi”nin direktoru Xəyalə xanım uzun illərdi Rəhmanın şagirdidir və boş vaxtlarında ondan bu qədim sənətin sirlərini öyrənir. Elə söhbətimizə də Xəyalə xanım yön verir. “Bura Rəhman Kamiloğlunun sənət dünyasıdır. Burada onun çoxlu əl işləri var. İllərdi Rəhmanın tələbəsi kimi yanında fəaliyyət göstərirəm. Bura dünyanın hər yerindən gəlir, alış-veriş edirlər. Burada Rəhmanın həm Şəkinin keçmişini, qədimliyin əks etdirən əl işləri var, həm də bütün dünyaya aid əl işləri sərgilənir”,- deyə o, fikrini tamamlayır.

Bir çox yerli və beynəlxalq sərgi və festivalların iştirakçısı olan Vəfa Mustafayeva keçəçilik və təkəlduz sənətinin nadir ustalarından hesab olunur. Vəfa xanımın bu qədim sənəti inkişaf etdirib dünyada tanıtmasında başlıca məqsədi Azərbaycan sənətkarlığının, xüsusən də Şəki sənətkarlarının tarixi ənənələrə verdiyi dəyərin bariz nümunəsidir. “Bacım Aysel xanımla keçəçilik və təkəlduz sənəti ilə 20 ilə yaxındır məşğuluq. “Sənətkarlar evi” Qoruğun daxilində yerləşdiyindən elə bir yerdir ki, bura çox sayda turistlər gəlir. Xan sarayına gələnlər mütləq “Sənətkarlar evi” ilə də maraqlanırlar”,- deyən sənətkar xanım qədim sənəti layiqincə, yorulmadan təbliğ etdiklərini bildirir.

Öyrənirik ki, Vəfa xanım ölkəmizdə təşkil edilən əksər festival və müsabiqələrin iştirakçısı və qalibləri sırasında yer alır. Hətta dünya səviyyəli sərgilərdə də onun əl işləri dəfələrlə nümayiş etdirilib, böyük tamaşaçı marağına səbəb olub.

“Sənətkarlar evin”in direktoru Xəyalə xanım bildirir ki, burada həmçinin şəbəkə, ağac üzərində oyma, təkəlduz ustaları eləcə də rəssam və qrafika sənəti ilə məşğul olan xeyli insan fəaliyyət göstərir, yaradıcılığını inkişaf etdirilər.

Təsadüfi deyil ki, 2017-ci ildə Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Hazırda Şəkidə xalq tətbiqi sənətinin 20-dən artıq növü üzrə 200 nəfərdən çox sənətkar məşğul olur. Onların bir çoxu artıq beynəlxalq səviyyədə tanınan və qiymətləndirilən sənətkarlardır. Müxtəlif sənət növləri üzrə keçirilən respublika və beynəlxalq səviyyəli sərgi, yarmarka və festivallarda Şəkinin xalq sənətkarlarının əsərləri yüksək dərəcəli diplomlara, qızıl medala layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri