Səkinin genişliyindən istifadə edib saatlarla zəbt etdi 99 SG 097
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkil göndərib. Xoşagəlməz hadisə iyulun 11-də günorta saatlarında qeydə alınıb. Belə ki, 99-SG-097 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini səkidə park edib. Səkinin genişliyindən istifadə edən sürücü hadisə yerində olmayıb. İzləyici qayda pozan sürücünün səkini saatlarla zəbt etdiyini bildirib.
Qeyd edək ki, sözügedən küçədəki səki mütəmadi olaraq sürücülərin parkinq zonasına çevrilib.
Nərmin

Səkinin genişliyindən istifadə edib qayda pozan sürücü 10 AO 012 FOTO
01 Aprel 2025 14:55
Səkinin önünü kəsib piyadaları çətin vəziyyətdə qoyan sürücü 99 XL 448 FOTO
18 İyun 2025 12:00
“Azercell“ səkinin zəbt edilməsi ilə bağlı iddiaya aydınlıq gətirdi
19 Fevral 2025 20:41
Nəsimi rayonunda qanunsuz tikinti Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO + FOTO
23 May 2025 11:34
Bakıdakı piyadaların vay halına: Komissiyalar səkinin zəbtinə heç vaxt reaksiya vermir
04 İyul 2025 10:36

