Səkinin önünü kəsib piyadaları çətin vəziyyətdə qoyan sürücü 99 XL 448 FOTO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Yasamal rayonu, Bəsti Bağırova küçəsində qayda pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillət göndərib. Hadisə iyunun 17-si saat 19:15 radələrində qeydə alınıb. Belə ki, 99-XL-448 dövlət nömrə nişanlı “VAZ” markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozub. Nəticədə ərazidən keçən piyadalar çətinlik yaşayıblar. Şikayətçinin sözlərinə görə, sürücü maşının bir hissəsini səkiyə dırmaşdırıb park edərək ərazidən uzaqlaşıb. O, eyni zamanda sürücülərin mütəmadi olaraq həmin yerdə saxladıqlarını əlavə edib.
Qeyd edək ki, sözügedən küçədə avtomobillər park edilməsi üçün parklanma yerləri mövcuddur.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 18 İyun 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















