Şəkinin hotel və mehmanxanalarında yerləşən turistlərin sayı 11,7 faiz artıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Şəki, 27 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Ötən il Şəki rayonundakı hotel və mehmanxana tipli müəssisələrdə 15 min 265 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 10 min 384 nəfəri Azərbaycan, 4 min 881 nəfəri isə xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ildə Şəkinin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı əvvəlki illə müqayisədə 11,7 faiz artıb. Bu dövrdə hotel və mehmanxanalarda yerləşdirilən xarici turistlər arasında Çin, Hindistan, Rusiya və Türkiyədən olanlar üstünlük təşkil edib. Keçən il Şəkidə 18 hotel və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 50,4 manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 Yanvar 2025 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















