Şəkinin iri taxılçılıq yaşayış məntəqəsində yanğın
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəkinin iri taxılçılıq yaşayış məntəqələrindən biri olan Çayqaraqoyunlu kəndi ərazisində biçilən taxıl sahəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsindən Axar.az-a verilən məlumata görə, havanın isti və bir qədər küləkli olması nəticəsində biçilmiş taxıl sahəsində yanğın 15 hektarlıq ərazini əhatə edib.
Yanğın baş verməsi barədə məlumat daxil olan kimi hadisə yerinə Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Eləcə də yerli icra və bələdiyyə strukturunda çalışanlar da hadisə yerini nəzarətə götürüb. Birgə səy nəticəsində yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb, mühafizə səddi yaradılıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 12 İyul 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















