Icma.az
close
up
RU
Şəkiyə gələn turist var, amma şərait yoxdur!

Şəkiyə gələn turist var, amma şərait yoxdur!

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Şəki Azərbaycanın incisi, tarixi Xan Sarayı, karvansarayları, dağ havası və qədim küçələri ilə hər il minlərlə turistin diqqətini çəkir. Xaricdən və ölkənin digər bölgələrindən gələn qonaqlar şəhərin tarixi və mədəni zənginliyini görmək, şəkil çəkdirmək və unudulmaz təcrübə yaşamaq istəyir. Amma gəlin açıq danışaq ki, gözəl şəhərimiz var, amma şərait fəlakətdir!

Şəhərin küçələri çala-çuxurdan keçilməzdir. Tarixi abidələrə aparan yollar sanki illərdir baxımsızdır. Avtobus, minik maşını və turist avtobusları hərəkət edəndə sürücülər və sərnişinlər əzabla üzləşir. Turist gəlib gözəllik görməlidir, amma ilk addımda çirkli, palçıqlı və təhlükəli yollarla qarşılaşır.

Şəhərin mərkəzində, turistik yerlərin yanında bir dənə də normal sanitar qovşaq yoxdur. Turist məcbur qalır restoranlara, kafelərə yalvarır ki, istifadə edə bilsin. Şəki kimi turizm mərkəzində bu, həm ayıbdır, həm də şəhərin imicinə xələl gətirir.

Axşam 8–9-dan sonra şəhərdə avtobus yoxdur. Yerli sakin və turist gecə vaxtı sərbəst hərəkət edə bilmir. Turist gəlib rahat gəzmək istəyir, amma şəhər onu gecələr “yola vermir.”

Şəhərdə restoranların əksəriyyəti tez bağlanır. Turist axşam gəlib yemək istəyəndə seçim yoxdur. Xidmət sektoru isə çox hallarda təcrübəsizdir. Menyuda olan sadə suallar belə cavabsız qalır. Turist şəhəri gəzmək, dadmaq və təcrübə yaşamaq üçün gəlir, amma qarşısına yalnız məhdud imkanlar çıxır.

İllərdir ölkənin digər rayonlarında turist cəlb etmək üçün ciddi işlər görülür. Parklar salınır, yollar təmir olunur, ictimai xidmətlər yaxşılaşdırılır. Amma Şəki kimi tarix qoxan şəhər sanki “tarixə qovuşdurulur”. Gözəllikləri ilə turistləri cəlb etsə də, şəhərin real infrastrukturu bu turistləri qəbul etməyə hazır deyil. İcra Hakimiyyəti və müvafiq qurumlar illərdir bu vəziyyətə göz yumur və Şəki öz potensialını tam göstərə bilmir.

Otellər sayı kifayət qədərdir, amma turist oteldə oturmaq üçün gəlməyib, şəhəri gəzməyə, mədəniyyəti tanımağa gəlir. Çölə çıxanda isə yollar bərbad, tualet yoxdur, nəqliyyat işləmir, restoranlar bağlanıb, xidmət keyfiyyəti zəifdir.

Turizmi inkişaf etdirmək təkcə “gəlin Şəkini görün” demək deyil. Şərait yaratmaq lazımdır. Yollar təmir olunmalı, tarixi yerlərə giriş asanlaşmalı, ictimai tualetlər qurulmalı, sanitar şərait təmin edilməli, nəqliyyat gecəyə qədər işləməli, turist sərbəst hərəkət edə bilməli, restoranlar gecəyə qədər açıq olmalı, xidmət sektoru təcrübə qazanmalıdır. Əks halda Şəki gözəl görünməsinə baxmayaraq, turistlərin giley-güzar etdiyi, ikinci dəfə gəlmək istəmədiyi şəhər kimi qalacaq. Gözəlliklərimiz turistləri cəlb edəcək, amma şərait yoxdursa, heç kimdən xoş söz eşitməyəcəyik.

Şəki həm gözəllik, həm də şərait baxımından turizm mərkəzinə çevrilməlidir.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri