Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səkkiz yaşlı Mehdinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Pərvanə Həsənova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir:
"O, vaxtından əvvəl - yeddiaylıq olanda doğulub. Doğulduğu gün beyninə qan sızıb. Ayyarım xəstəxanada yatdıq. Həmin gündən də həkimlərdəyik. Hazırda Mehdinin vəziyyətinin bir balaca yüngülləşməsi üçün Türkiyəyə getməliyik. Orada Mehdi üçün daha ümidverici müalicələr vəd edilib. Bunun üçün bizə 5 min manat lazımdır. Bu məbləğin 300 manatını özümüz, 700 manatını isə sizin izləyicilərinizin dəstəyi ilə toplamışıq. Hazırda 4 000 manatımız çatmır. Mehdi çox böyük ürəyə sahibdir. Onun ən böyük arzusu dəstək olmadan mənə tərəf addımlamaqdır. Bir ana olaraq övladım üçün əlimdən gələni etməyə çalışıram.
Mənim Mehdidən əlavə iki övladım da var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladımın müalicəsi üçün köməklərini əsirgəməmələrini xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 322-78-75.
"Uni Bank": 5243 7544 4770 7876.
Baxış sayı:68
Bu xəbər 18 Fevral 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















