Icma.az
close
up
RU
Səkkizayaqlılar cütləşdikdən sonra ölməmək üçün zəhərdən istifadə edirlər

Səkkizayaqlılar cütləşdikdən sonra ölməmək üçün zəhərdən istifadə edirlər

Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səkkizayaqlılar cütləşdikdən sonra ölməmək üçün zəhərdən istifadə edirlər


Alimlər mavi zolaqlı səkkizayaqlılarda (Oktapodlar, lat. Octopoda; q.yun. ὀϰτώ "səkkiz" və πούς "ayaq") təəccüblü sağ qalma strategiyası aşkar ediblər. Bu kiçik, lakin ölümcül canlıların erkəkləri cütləşmə zamanı dişini hərəkətsizləşdirmək və yeyilmək kimi acınacaqlı aqibətdən qaçmaq üçün öz zəhərlərindən istifadə etməyi öyrəniblər.
Oxuməni.az xəbər verir ki, bu barədə “Mignews.com” məlumat yayıb.
Kvinslend Universitetinin (Avstraliya) neyrobioloqları tərəfindən aparılan araşdırma göstərib ki, erkəklər dişilərə güclü neyrotoksin tetrodotoksini (TTX) birbaşa ürək nahiyəsinə yeridirlər. Eyni zəhər məşhur fuqu balığının tərkibində də var.
Cəmi 4,5 sm uzunluğunda olan mavi zolaqlı səkkizayaqlıların ən zəhərli dəniz canlılarından olduğu bilinir. Üstəlik, dişilər erkəklərdən əhəmiyyətli dərəcədə böyükdür və tez-tez cütləşdikdən sonra partnyorlarını yeyirlər, beləliklə, nəsil artırmaq üçün əlavə enerji alırlar.
"Bu, neyrotoksinin ov və ya müdafiə üçün deyil, xüsusi olaraq cütləşmə məqsədləri üçün istifadə edildiyi ilk məlum hadisədir,"- aparıcı tədqiqatçı Ven Sun Çunq bildirib.
Alimlər müəyyən ediblər ki, erkək ehtiyatla dişiyə arxadan yaxınlaşır və müəyyən bir nöqtədə onu dişləyir ki, zəhər birbaşa aortaya daxil olsun. Toksin dişını təxminən bir saat iflic edir ki, bu da uğurlu cütləşmə üçün kifayətdir. Maraqlıdır ki, dişilər zəhərdən ölmürlər, lakin oyandıqdan sonra hücum etmək üçün çox zəif qalırlar.
Tədqiqatçılar həmçinin, erkəklərin kiçik ölçülərinə baxmayaraq, dişilərə nisbətən daha çox inkişaf etmiş zəhər vəzilərinə sahib olduqlarını aşkar ediblər. Bu, cinslər arasında təkamül xarakterli “silah yarışı”nın bariz nümunəsidir.
Bu qeyri-adi reproduktiv strategiya nəticəsində yarana biləcək erkək və dişilərin beyin strukturunda mümkün fərqlərə diqqət yetirmək üçün əlavə tədqiqatlar planlaşdırılır.
Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 22 Aprel 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri