Icma.az
close
up
RU
Səkkizmərtəbəli bina nəhəng yolun ortasında tək qaldı

Səkkizmərtəbəli bina nəhəng yolun ortasında tək qaldı

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Çinin Quançjou şəhərində yerləşən səkkizmərtəbəli yaşayış binası mülk sahiblərinin köçürülmə tələblərini rədd etməsi nəticəsində inşa edilən nəhəng estakadanın (üst keçidin) tam ortasında qalıb.

Milli.Az xəbər verir ki, Quançjou şəhərinin Haicu bölgəsində yerləşən bu bina ətrafını dövrə vuran nəhəng yol ötürücüsü ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkir. "Yongxing Jie, nömrə 28" ünvanında yerləşən tikili şəhərsalma layihəsinə müqavimət göstərən mülk sahibləri səbəbindən yolun binanın ətrafından dolanması nəticəsində qeyri-adi bir memarlıq mənzərəsinə bürünüb.

Bölgədəki yol tikintisi işləri çərçivəsində 2008-ci ildə sökülmə qərarı verilən binaların sakinləri ilə podratçı şirkətlər arasında danışıqlar başlanmışdı. Sakinlərin böyük bir hissəsi təklif olunan təzminatları qəbul edərək köçsə də, sözügedən sarı binada yaşayan üç sakin şərtləri yetərsiz hesab edərək evi tərk etməkdən imtina etdilər.

İnkişaf etdiricilər və mülk sahibləri arasında ortaq məxrəc tapılmadığına görə tikinti planında dəyişiklik edilib. 2015-ci ildə açılışı edilən "Zhoutouzui" tuneli və ona birləşən yollar binanın ətrafından dolanacaq şəkildə inşa edilib.

Sözügedən tikili həmin tarixdən bəri infrastruktur layihələrinə qarşı nümayiş etdirilən ən diqqətçəkən mülkiyyət müqavimətlərindən biri kimi xarakterizə olunur. Hazırda bina magistral yolun ortasında sanki bir "ada" kimi dayanır və hər gün minlərlə sürücü bu qeyri-adi mənzərənin şahidi olur.

Çində bu cür binalara "Dingzihu" deyilir. Bu termin, ətrafındakı hər şey sökülsə də, taxtadan çıxmayan və sökülməsi çətin olan köhnə bir mıxı simvolizə edir. Bu hallar Çində mülkiyyət hüququ ilə dövlət inkişafı arasındakı gərginliyin ən bariz nümunəsidir.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Aprel 2026 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri