Sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb FOTO
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb. Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik və 4 aşırımdan ibarət körpünün dayaqları sel suları nəticəsində yuyulmuşdu.
"Unikal" xəbər verir ki, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görüldü və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Qısa müddət ərzində körpüyə mütəxəssislər tərəfindən baxış keçirilərək əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.
Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 Aprel 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















