“Seltik”“Qarabağ”la yeni danışıqlara başladı Kamilo Duran gedə bilər
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın futbolçusu Kamilo Duranı transfer etmək üçün danışıqları davam etdirir.
QOL.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Record” nəşri məlumat yayıb.
Bildirilib ki, Qlazqo təmsilçisi kolumbiyalı hücumçunun keçidi ilə bağlı “Qarabağ”la yeni danışıqlara başlayıb. Şotlandiya çempionunun 1,7 milyon funt sterlinqlik ilk təklifi rədd edilsə də, tərəflər hazırda yeni razılaşma üzərində işləyirlər.
Məlumata görə, “Qarabağ” 24 yaşlı futbolçu üçün təxminən 3 milyon funt sterlinq tələb edir. Bu məbləğ ödənilərsə, Duran Azərbaycan Premyer Liqası tarixinin ən bahalı satışı olacaq.
Başqa bir xəbərə görə, artıq futbolçunun agenti danışıqlar üçün Şotlandiyaya gedib.
Qeyd edək ki, Kamilo Duran ötən mövsüm UEFA Çempionlar Liqasında 10 oyunda 5 qol vuraraq diqqət mərkəzinə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 05 İyul 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















