Sem Altman: Süni intellekt fəlakətə səbəb ola bilər
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Süni intellektin tənzimlənməsi üçün qlobal qaydalar qəbul edilməli, Beynəlxalq Atom Enerjisi Agentliyinə bənzər beynəlxalq qurum yaradılmalıdır.
Reyting.az xəbər verir ki, belə bir çağırışı "OpenAI" şirkətinin rəhbəri Sem Altman edib.
Milyarder süni intellektin fəaliyyətini müəyyən qanunlar çərçivəsində koordinasiya etməyin vacibliyini bildirib.
Onun sözlərinə görə, təşkilatlanmaqla, eyni zamanda açıq süni intellekt modellərindən faydalanmaq və yeni patogenlər yaratmaq mümkündür.
Altmanın fikrincə, süni intellektlə bağlı ciddi tədbirlər görülməsə, texnologiyanın bir şirkət və ya ölkədə toplanması fəlakətə səbəb ola bilər.
İş adamı xüsusi vurğulayıb ki, ümumiyyətlə, demokratik süni intellekt insanlığın rifahına xidmət etməli və bu düzgün yol onun yeganə missiyasına çevrilməlidir.
S. Altman süni intellektin bəşəriyyətə və insanlığın rifahı üçün önəmli olduğunu bildirib, bununla yanaşı, tənzimləyici, eləcə də qoruyucu tədbirlərin zəruriliyini vurğulayıb.
Altman süni intellektin müasir dünyada çox böyük problemlər yaratması ilə bağlı deyilənlərə də toxunub. O, texnologiyanın əmək bazarını dəyişdirdiyini, bununla belə, fərdlərin bütün baş verənlərə cəmiyyət olaraq çevik reaksiya verdiyini, hər dəfə yeni məşğulluq formaları tapdığını bildirib.
Xatırladaq ki, 2025-ci ildən Avropa İttifaqı ərazisində təhlükə törədən süni intellekt sistemlərinin istifadəsi qadağan olunub və bunun qarşılığında modellərin şəffaflığı tələb olunub.
Onu da qeyd edək ki, əslində, Altmanın təklifi qəbul olunaraq, böyük təşkilat yaransa, bunun bəşəriyyətə faydası ola bilər.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 20 Fevral 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















