Icma.az
close
up
RU
Sem Altman İlon Maska meydan oxuyur

Sem Altman İlon Maska meydan oxuyur

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Amerikalı milyarder Sem Altman və onun "OpenAI" şirkəti digər amerikalı iş adamı, milyarder İlon Maska məxsus olan beyin interfeysi şirkəti "Neuralink"-lə rəqabət aparacaq startap yaradır.
Reyting.az
xəbər verir ki, S. Altman "OpenAI" tərəfindən maliyyələşdiriləcək və birbaşa İ. Maskın "Neuralink" şirkətinə ən böyük rəqib olacaq yeni bir şirkətin həmtəsisçisi olmağa hazırlaşır.
"The Financial Post" nəşri yazır ki, bununla da "Merge Labs" adlanan startap süni intellekti "bəyin-kompüter" interfeyslərinin yaradılması üçün istifadə edəcək və yalnız Maskın layihəsi ilə deyil, bu sahədə inkişaf edən digər şirkətlərlə, yəni "Precision Neuroscience", həmçinin "Synchron"-la rəqabət aparacaq.
Burada "Merge Labs" həm də "birləşmə" mənasını verir və Altman bu termini ilk dəfə hələ 2017-ci ildə insanın beyninin kompüter sistemləri ilə birləşməsi anını təsvir etmək üçün işlədib. Üstəlik, şirkət "OpenAI"-ın vençur bölməsindən investisiya cəlb etməyi planlaşdırır ki, bu da startapın dəyərini 850 milyon dollara qədər çatdıracaq.
Eyni zamanda, Altman "Merge Labs"-ın həmtəsisçisi olacaq. İş adamı bu prosesi, gözün buynuz qişasını skan edən, eləcə də "OpenAI" tərəfindən dəstəklənən "World" şirkətindən Aleks Blania ilə birlikdə həyata keçirəcək.
Nəşr qeyd edib ki, həmtəsisçi kimi S. Altman belə bir nəhəng layihəyə öz şəxsi kapitalını yatırmayacaq.
Altman hələ 2017-ci ildə "beyin-maşın" interfeysi texnologiyaları ilə bağlı ideya irəli sürmüş, belə bir "birləşmə"-nin artıq 2025-ci ilə qədər baş verəcəyi haqqında proqnoz vermişdi. Ancaq indiyə qədər bu proqnozlar gerçəkləşməyib. Lakin buna baxmayaraq, sonrakı bloq yazılarında bir iş adamı, "OpenAI" şirkətinin rəhbəri kimi o, vurğulamışdı ki, bu gün də öz inamını itirməyib. Altman digər bir yazısında isə qeyd edib ki, əslində, onun arzuladığı, təsvir etdiyi reallıq çox yaxındadır.
Altmanın fikrincə, bu "yüksəksürətli beyin-kompüter interfeysinin" müasir və son texnoloji nailiyyətlər sayəsində yaxın gələcəkdə hazırlanması mümkün olacaq.
Hələlik "Neuralink"-in böyük üstünlüyü var, çünki onlar artıq fəaliyyətdədirlər və insanlar üzərində ilk sınaqlara 2024-cü ilin yanvarında başlayıblar. Bu sınaqlara isə hətta iflic olmuş bir pasiyent qatılıb. Daha sonra bu texnologiya, adının açıqlanmasını istəməyən sınaqda iştirak edən ikinci şəxsi də implantasiya edib. "Aleks" kimi tanınan bu pasiyent birinci iştirakçı ilə müqayisədə daha az problem və yan təsir yaşayıb, eyni zamanda, birinci şəxs artıq atıcı oyunlarını oynaya bilir, həmçinin 3D dizaynları yaradır.
"Merge Labs"-ın "Neuralink"-ə birbaşa rəqib olması artıq gərgin münasibətləri yaranan iki məşhurla - İlon Maskla Sem Altman arasındakı qarşıdurmanı daha da gücləndirəcək.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see337

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see315

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see297

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see292

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see262

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see258

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see247

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see240

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see205

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see200

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see195

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see194

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see193

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see190

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see181

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see179

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri