Icma.az
close
up
RU
“Səma qəhrəmanları” adlı yeni layihə ictimaiyyətə təqdim olunub

“Səma qəhrəmanları” adlı yeni layihə ictimaiyyətə təqdim olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 may, AZƏRTAC

“ARB Günəş” “Səma qəhrəmanları” adlı yeni layihəsini ictimaiyyətə təqdim edib. Yeni klip Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin ekipaj üzvləri, Milli qəhrəmanlar - kapitan-pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, baş stüardessa Hökumə Əliyevayanın xatirəsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, sözləri Baba Vəziroğluna, musiqisi Sevinc Tofiqqızına məxsus olan mahnını İqor Kşnyakinin qızları Anastasiya Kşnyakina və Darya Kşnyakina ifa ediblər.

Tədbirdə çıxış edən ARB Günəş TV-nin rəhbəri, layihənin rəhbəri Məhsim Məhsimov deyib: “İki ay bundan əvvəl bəstəkar Sevinc Tofiqqızı mənə məlumat verdi ki, qəhrəman pilotumuz İqor Kşnyakinın qızlarının vokal bacarığı var. Sevinc xanım da bizim dəyərli şairimiz Baba Vəziroğlunun sözlərinə bir mahnı bəstələdi. Biz AZAL-a müraciət etdik və müsbət cavab aldıq. Onlar bütün təşkilati məsələlərdə bizə yardım etdilər”.

Qəhrəman pilot İqor Kşnyakinın həyat yoldaşı Yana Kşnyakina deyib ki, layihə İqorun necə bir insan olduğunu əks etdirir. O, layihənin onun üçün böyük hədiyyə olduğunu bildirib.

Şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ekran əsərinə baxarkən o acı günlərin kədərini yenidən yaşadığını, bu barədə danışmağın çox çətin olduğunu qeyd edib. "Onlar əbədi bir qəhrəmanlıq yazdılar. Bu layihənin ərsəyə gəlməsi isə bizim borcumuz idi. Qəhrəmanlarımızın xatirəsi yaddaşlardan heç bir zaman silinməyəcək", - deyə şair vurğulayıb.

İqor Kşnyakinın qızı Anastasiya Kşnyakina bu layihənin onlar üçün çox böyük məna kəsb etdiyini və onun ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkürünü bildirib.

Layihənin rəhbəri Məhsim Məhsimov, quruluşçu rejissoru Vüsal Məmmədov, quruluşçu operatorları Azər Sultanov və Tomas Abuşov, ssenari müəllifi Məmməd Məmmədəliyev, prodüseri Çimnaz Şixverdiyevadır.

Çəkilişlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, İqor Kşnyakinin evində və paytaxtın müxtəlif ərazilərində aparılıb.

Qeyd edək ki, ekran işi mayın 19-u, Milli Qəhrəman İqor Kşnyakinin anadan olmasının 63-cü ildönümü günündə ictimaiyyətə təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri