Icma.az
close
up
RU
Səmanın qəhrəman qızı

Səmanın qəhrəman qızı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

8 avqust Azərbaycanın üçüncü qadın Milli Qəhrəmanı Hökümə Əliyevanın doğum günüdür

Azərbaycan qadınları əsrlər boyu qəhrəmanlıq missiyasını şərəflə yerinə yetirərək şanlı tariximizdə dərin və unudulmaz izlər qoymuşlar.  Onlar arasında hökmdarlar, sərkərdələr, diplomatlar, təyyarəçilər, döyüşçülər də olub. Burla xatun, Banu Çiçək, Selcan xatun kimi kişilərlə qoşa yay çəkən, qurşaq tutub güləşən, cıdırda öndə gedən qəhrəman qadınlarımızın,  Sara xatun, Möminə xatun, Taclı xatun, Bəyim xatun, Tuti Bikə, Behruzə, Mehircanın adlarını çəkmək kifayətdir. Bombardmançı pilot Züleyxa Seyidməmmədova, ilk snayper  qadın  Ziba Qəniyeva, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Salatın Əsgərova, Gültəkin Əsgərova və nəhayət, Hökümə Əliyeva yaddaşlarımıza əbədi həkk olunub.

25 dekabr 2024-cü il.  “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğraması xəbəri sürətlə dünyaya yayıldı. Təyyarənin göyərtəsində olan 37 Azərbaycan vətəndaşından 23-ü dünyasını dəyişdi, 14-ü sağ qaldı.  Təyyarədə bələdçi kimi fəaliyyət göstərən Hökumə son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışdı. Onun “Hamı kəmərlərini bağlasın, hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin. Hər şey yaxşı olacaq!" sözləri bir qadının ürəyində doğan ümid qığılcımı idi. Hökümə öz vəzifəsini xalqına sevgi ilə, ruhunu qataraq icra edirdi. Təyyarə yerə yön aldıqca, o, nəinki özünü düşünürdü, əksinə, sərnişinlərin qayğısına qalır, onları sakitləşdirməyə çalışırdı. 

Hökumə Əliyeva 8 avqust 1991-ci ildə  Kəlbəcər rayonunda dünyaya göz açıb. 1993-cü ildə  Kəlbəcərin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşdıqdan 3 il sonra, 1996-cı ildə Rusiyaya köçüb və bir müddət Volqoqrad vilayətində yaşayıblar. Hökumə burada  6-cı sinfə qədər təhsil alıb. Daha sonra ailəsi ilə birlikdə Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul imtahanından 612 bal toplayaraq  Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Aviasiya tariximizdə ilk qadın Milli qəhrəmanı Hökümə Əliyevanın qəza anında göstərdiyi cəsarət, səbr və möhkəm iradə təyyarədəki insanlara yaşamaq gücü verdi. Hökümənin saatlarla havada asılı qalan təyyarədə sərnişinlərə ümid dolu dediyi sözlər böyükdən kiçiyə hər kəsin yaddaşında dərin iz qoydu. Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə demişdir:  “Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi. Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. ...Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında mən vida mərasimi zamanı bildirmişdim. Bir daha demək istəyirəm, bu, doğrudan da böyük fədakarlıqdır. ...Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Xüsusilə nəzərə alsaq ki, bələdçilərin ikisi qadın idi”.

Hökumə Azərbaycanın qəhrəmanına çevrildi. Cəsarəti ilə hər kəsə örnək olan Hökümə bir evdən yox, eldən getdi.  Onun haqqında valideynlərinin, həyat yoldaşının, qardaşının söylədikləri fikirlər olduqca təsirlidir. Hökümənin anası Kəmalə xanım müsahibələrinin birində qəhrəman övladını belə xatırlayır: “İşini çox sevirdi. Deyirdi ki, məni işimdən ayırmaq olmaz. Mən həmişə internetdə təyyarə qəzalarına baxırdım, balamın hər gününə hazır idim, bilirdim balam belə olacaq. Deyirdim getmə, deyirdi ay ana mən hüquqşünas olmuşam, qorxduğum üçün bəlkə də məni aldadırdı, deyirdi istəsəm könüllü ölkələri gəzərəm. O, Hindistanın, İtaliyanın tarixi məkanlarında şəkillər çəkdirib gülə-gülə. Elə sevinirdi ki, ölkələri gəzir. Deyirdi ay ana mənimlə fəxr elə”.

Ekipajla vida mərasimində, atası Cəlil dayının göz yaşlarına boğularaq övladı haqqında söylədiyi kövrək sözlər: “...Bu ağır itkini mənimlə xalqım, dövlətim, millətim bərabər çəkir, onların hamısına təşəkkür edirəm, xalqımızın başı sağ olsun. Mən qızımla fəxr edirəm, qoy həmişə, daim yaşasın, mən onu çox istəyirəm...”. 

Hökümənin həyat yoldaşı Etibar Əliyev də kövrək xatirələrini bölüşərək demişdir: “Ən gözəl  sözlər desəm azdır, tərbiyəli, qanacaqlı, əxlaqlı, oturuşu-duruşu, geyimi, savadı, danışığı, qabiliyyəti, hər bacarığı, biliyi, elmi, haqqında nə desəm azdır. Dövlətə, vətənə xidmət etmək, dövlət qulluqçusu olmaq istəyirdi. ...Doktoranturanın son mərhələsində idi, bir məqaləsi çap olunmalı idi xaricdə. İşlə bağlı o qədər baş qarışıqlığı, yorğunluq olurdu deyə elmi fəaliyyətə vaxt ayıra bilmirdi”. 

AZAL-ın əməkdaşı, təlimatçı təyyarə bələdçisi Arzu Süleymanovun Hökumə ilə bağlı xatirələrindən:"Mən "Embraer-190 HG" təyyarəsi bizim aviaşirkətdə istismara qəbul olunan gündən təlimatçı təyyarə bələdçisi kimi uçuşlar yerinə yetirmişəm. Kapitanımız İqor Kşnyakinlə 15 ilə yaxın birgə uçmuşam. Hökümə Əliyeva ilə düz 8 il  bir çox uçuşlar həyata keçirmişik. İkinci pilotumuz Aleksandr Kalyaninov uçuşlara yenicə başladığı üçün onunla iki-üç birgə uçuşumuz olub. Hökumə xanımın böyük təyyarə bələdçisi vəzifəsinə imtahan verdiyi zaman mən ona belə bir sual vermişdim: "Hökumə xanım, fövqəladə hal baş versə, sərnişinlərə necə müraciət edəcəksiniz?" Onun cavabı tam olaraq belə olmuşdu:"Heyətimizə inanın, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq". Hökumə xanım sözünün üstündə durdu və dediyi kimi hərəkət etdi. Hökumə xanımla həmkar olduğum və ona təlim keçdiyim üçün fəxr edirəm. Onun cəsarətli hərəkətləri təkcə təyyarə bələdçisi peşəsinin nüfuzunu artırmadı, həm də təhlükəsizliyin hər şeydən üstün olduğunu bütün dünyaya bir daha sübut etdi".

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı, təyyarə qəzasında həlak olan təyyarə bələdçisi Hökumə Əliyevanın həyatı filmə çəkilib. Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub. Polşada Tələbə Xanımlar Birliyinin təşəbbüsü və Polşa Azərbaycanlıları Şurasının dəstəyi ilə adına təqaüd proqramı təsis edilib. Qazaxıstanda istehsal olunan hərbi xarakterli zirehli ambulans maşınına onun adı verilib. Hökümə son uçuşunun olduğunu bilirdi. Yeni il bayramından sonra, o, eyni aviakompaniyada, hüquqşünas kimi işləməyə başlamalı idi.  Ruhun şad olsun, xalqın səmada tarix yazan qəhrəman qızı! 

Müşfiq MİRZƏ

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Avqust 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see382

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see279

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see247

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see241

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see236

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see234

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see233

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see229

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see221

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see215

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see213

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see207

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see204

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see191

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see188

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see186

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see185

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see183

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see176

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri