Səməd Qurbanovun gedişindən sonra Emin Ağalarov AzərbaycanRusiya İşgüzar Şurasının sədri seçildi KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinə yeni sədr təyin olunub.
KONKRET.az xəbər verir ki, bununla bağlı qərar Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin toplantısı zamanı verilib.
Belə ki, 2018-ci ildən Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri olan tanınmış iş adamı Səməd Qurbanov vəzifəsindən ayrılıb. Onun yerinə digər tanınmış iş adamı Emin Ağalarov təyin olunub.
Qeyd edək ki, Emin Ağalarov Rusiya və Azərbaycanda böyük bizneslərin sahibi, eyni zamanda Azərbaycanın Xalq artistidir. Onun əsas layihələri sırasına “Sea Breeze Resort” developer layihəsi, çox saylı restoran və fitness şəbəkələri daxildir.
Xatırladaq ki, Azərbaycan-Rusiya İşgüzar Şurası 2016-cı ildə Azərbaycan və Rusiyanın işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi məqsədilə yaradılıb.
Azərbaycan-Rusiya İşgüzar Şurasının üzvləri iqtisadiyyatın kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və s. kimi müxtəlif sahələrində fəaliyyət göstərən iri, orta və kiçik biznesin nümayəndələridir./demokrataz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 02 Dekabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















