Səməd Seyidov: Azərbaycandakı dini etiqad azadlığı və multikurtular muhit dünyaya nümunədir
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Məktəbdaxili nizam-intizam qaydaları təhsil siyasətinin ən vacib istiqamətlərindən birini təşkil edir. Vahid məktəbli forması və geyim tələbləri şagirdlər arasında sosial-iqtisadi fərqlərin ön plana çıxmasının qarşısını almağa, eləcə də ayrılıq və ayrı-seçkilik risklərini minimuma endirməyə imkan yaradır. Məhz buna görə də təhsil müəssisələrində müəyyən olunmuş bu qaydalara riayət edilməsi bütün şagirdlər və valideynlər üçün mühüm öhdəlikdir.
Vaxtaşırı müəyyən dairələr tərəfindən gündəmə gətirilən geyim məsələləri ilə bağlı ekspertlər bildirirlər ki, orta təhsil müəssisələrində müəyyən edilən vahid məktəbli forması qaydaları sırf təhsil ocaqlarının daxili intizamı, bərabərlik prinsipi və dünyəvilik modeli ilə bağlıdır. Bu addım heç bir halda vicdan azadlığının pozulması və ya hicaba qadağa kimi qiymətləndirilə bilməz. Azərbaycan dövləti hər bir vətəndaşın dini etiqad azadlığını tam təmin edir, təhsil müəssisələrindəki vahid geyim qaydaları isə tədris prosesinin nizamlanmasına xidmət edir.
Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərini, eyni zamanda məktəblərdə dünyəvilik və vahid məktəbli geyimi mövzusunda gedən müzakirələri Sherg.az-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycandakı dini etiqad azadlığı və multikultural mühitin dünyaya nümunə olduğunu bəyan edib.
Deputatın sözlərinə görə, Azərbaycanda dini etiqad azadlığına yüksək səviyyədə riayət olunur və bu təcrübəni başqa ölkələrə örnək göstərmək lazımdır:
" Ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti, müxtəlif dini konfessiyalar arasında mövcud olan qarşılıqlı hörmət və anlaşma dünyada analoqu olmayan bir modeldir".
S.Seyidov bəzi xarici dairələrin Azərbaycandakı reallıqları təhrif etmək cəhdlərinə də toxunub:"Çox təəssüf ki, bəzi xarici qüvvələr, geosiyasi və geoiqtisadi prosesləri axıra qədər dərk etməyən, adekvat təhlil aparmaq qabiliyyətində olmayan strukturlar məsələləri tamamilə fərqli müstəviyə yönəltməyə çalışırlar. Lakin Azərbaycanda gedən proseslər cəmiyyətin daxilində tam şəkildə başa düşülür və dəstəklənir."
Komitə sədri cənab Prezidentin YAP-ın səkkizinci qurultaydakı proqram xarakterli çıxışını xatırladaraq vurğulayıb:
"Dövlət başçısı öz çıxışında ideoloji məsələlərlə bağlı bizə içəridən deyil, məhz xaricdən müxtəlif təzyiqlər və təhdidlərin olduğunu aydın şəkildə diqqətə çatdırdı. Biz bütün bunlara qarşı hər zaman ayıq-sayıq olmalı, dövlətimizin yürütdüyü siyasəti uca tutmalı, birliyimizi nümayiş etdirməliyik. Azərbaycanımızı, onun müstəqilliyini, suverenliyini qoruyub siyasətimizi davam etdirməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 11 Oktyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















