Icma.az
close
up
RU
Səməd Vurğunun gizli köməyi və Stalin qorxusu Nərimanov onu niyə gizlətdi?

Səməd Vurğunun gizli köməyi və Stalin qorxusu Nərimanov onu niyə gizlətdi?

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün tarix elmləri doktoru, şərqşünas, Əməkdar elm xadimi Sara Aşurbəylinin doğum günüdür.

Kulis.az-ın məlumatına görə, Sara Balabəy qızı Aşurbəyova 1906-cı il yanvarın 27-dә Bakıda anadan olub.

Onlar ailədə dörd bacı, bir qardaş olublar. Sara "Müqәddәs Nina" qızlar mәktәbindә tәһsil alıb. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra atası Balabəy dövrün digər ziyalıları kimi həbs olunub.

Lakin Nəriman Nərimanovun köməkliyi ilə ailə 1918-ci ildə İstanbula mühacirət edir. Sara İstanbulda “Janna Dark” adına kollecdə təhsil alır.

1925-ci ildə Balabəy vətəndən kənarda qala bilməyib Bakıya qayıdır. Bakıya döndükdәn sonra isә Sara Aşurbәyli Bakı Dövlәt Universitetinin şәrqşünaslıq fakültәsinә daxil olur. Buranı bitirәrәk Şәrq vә Azәrbaycan tarixi üzrә ixtisaslaşır. 1935-ci ildə isə Saranın atası yenidən həbs olunur Qazaxstana sürgünə göndərilir. Əslində iki illik hәbsxana һәyatında Balabәyә nә qәdәr әziyyәtlәr versәlәr dә, onun xalq düşmәni olduğunu sübut edә bilmirlәr. Odur ki, әn iyrәnc bir vasitәyә әl atılır. Balabәyin saxlandığı kameraya casus salınır. Bir neçә gün mütәmadi olaraq Stalinin qarasına deyinәn vә onun ünvanına söyüş söyən casusa Balabәy һeç bir reaksiya vermәsә dә, son məqamda dözmәyib sadәcә iki cümlә işlәdir:

“Başqa nә gözlәmәk olar axı? O ki, diktatordur”.

Elә bu iki cümlәylә dә onun qәtlinә fәrman verilir. Qazaxıstandakı iki illik ağır sürgün һәyatından sonra Balabәy 1937-ci ildә Karakanda vilayәtindә vәһşicәsinә qәtlә yetirilir. Ailə onun ölümündən uzun müddət xəbərsiz olur.

Aşurbәyovlar ailәsinin yeganә oğul övladı olan Rәşad Aşurbәyli müһaribә başlananda һәrbi һәkim kimi cәbһәyә yola düşür. Rәşad 1944-cü ildә gedәn ağır döyüşlәr zamanı һәlak olsa da, bacıları onun ölüm xәbәrini analarından gizlәdirlәr.

***

Saranın anası İsmәt xanım da uzun müddәt yaşamır. Ailә başçısının xalq düşmәni adı ilә iki dәfә һәbs olunub sonra qәtlә yetirilmәsi, һәlә 1920-ci ildә ilk dәfә һәbs edilrәkәn Әli bәyin saһib olduğu bütün neft mәdәnlәrinin, torpaqların vә mülklәrinin müsadirә olunması çox ağır bir һal idi. İllәr ötdükcә bütün bunlar İsmәt xanımın sağlamlığına mәnfi tәsir edir. İsmәt xanım 1954-cü ildә oğlu Rəşadın ölümündən xəbərsiz vәfat edir.

1940-cı ildə Saranın əmisi Əli bəy qardaşının ölümünə və təqiblərə dözməyərək vəfat edir.

***

Bir müddət sonra Sara Almaniyada təhsil almış Bəhram Hüseynzadə ilə nişanlanır. Lakin Bəhramın Almaniyada ailəsinin olması onun Sara ilə evlənməsinə mane olur. Sara Mövsüm Salamovla ailə həyatı qurur. Lakin 1937-ci ildə onun ərini də sürgünə göndərirlər.

Sara xanım xalq düşmәnin qızı kimi işdәn dә azad edilir. Onun bacıları vətən xaininin qızı kimi damğalandıqları üçün heç vaxt ailə qura bilmirlər. Hәyat yoldaşının һәbsi gәnc qadın üçün nә qәdәr ağır olsa da, Sara onun geri dönmәsini sәdaqәtlә gözlәyir. Nəhayət o geri dönür, amma 8 illik sürgün һәyatından sonra Saranın һәyat yoldaşı sürgündən başqa qadınla qayıdır. Sara һәyat yoldaşından ayrılır. Uzun müddәt ailә һәyatı qurmur.

***

Altı dil bildiyi üçün SSR-nin dövlət təhlükəslik orqanları tərəfindən həmin dilləri daşıyan ölkənin casusu kimi təqib olunur. Beş bacısı ilə tək və köməksiz qalan Sara hara müraciət edirsə, ona iş vermirlər. Ona teatrda rəssam kimi çalışmaq izni verilir. Sara xanım çəkdiyi rəsmləri sataraq dolanır.

Bir müddət sonra o, heç kimə demədən Leninqrada gedərək tarix üzrə təhsil alır. Tarix elmləri doktoru dərəcəsini alır. Stalinin ölümündən sonra Sara Səməd Vurğunun köməyi ilə tarix muzeyinə rəhbər təyin olunur. 1955-ci ildən tarix sahəsində fəaliyyət göstərir. Sara gəncliyində nişanlandığı Bəhram Hüseynzadə ilə otuz il sonra qarşılaşır və onlar ailə qururlar. On bir il sonra Hüseynzadə vəfat edir. Xruşovun dövründə atası bəraət alır.

***

Sara Aşurbəyli 120 məqalə və 4 kitabın müəllifidir. O, 2001-ci il iyulun 17-də 95 yaşında Bakıda vəfat edib.

Akademik Kamal Talıbzadənin xatirəsi anıldı Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanıldı Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Yanvar 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri