Icma.az
close
up
RU
Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açılıb

Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Özbəkistanda Azərbaycan elminin görkəmli nümayəndəsi, professor Şaqibə Əhmədovanın 100 illik yubileyi münasibətilə Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda onun adını daşıyan Azərbaycanşünaslıq auditoriyası istifadəyə verilib. Auditoriyanın yaradılması təşəbbüsü Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə məxsusdur.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbirdə institutun prorektoru, dosent Azizcan Berdumuradov çıxış edərək yeni auditoriyanın açılmasını institutun tarixində mühüm hadisə kimi dəyərləndirib. O, bu addımın Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə təkan verəcəyini bildirib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf yoluna diqqət çəkib. O bildirib ki, müstəqillik illərində formalaşmış bu əlaqələr qarşılıqlı etimad və səmimiyyət prinsipləri üzərində qurulub, xüsusilə son illərdə hər iki dövlət başçısının siyasi iradəsi və uzaqgörənliyi nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Diplomat vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan təkcə siyasi və iqtisadi sahələrdə deyil, mədəniyyət, elm, təhsil və humanitar əməkdaşlıq müstəvisində də genişmiqyaslı layihələr həyata keçirir. Bu istiqamətdə universitetlərarası münasibətlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edən səfir, Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda Azərbaycanşünaslıq auditoriyasının yaradılmasını iki xalq arasında elmi və mədəni inteqrasiyanın bariz nümunəsi kimi dəyərləndirib.

H.Quliyev çıxışında tarixi köklərə də nəzər salaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları əsrlər boyu ortaq mədəniyyət, ədəbiyyat və dini-mənəvi dəyərlərlə bir-birinə bağlı olmuş, çətin zamanlarda bir-birinin yanında dayanmışdır. O, xüsusilə Ümummilli Lider Heydər Əliyevin özbək xalqına olan münasibətindən, onun təşəbbüslərinin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsindəki rolundan danışıb.

Səfir, azərbaycanlı alim və ziyalıların Özbəkistanın ictimai-siyasi, elmi və mədəni həyatında oynadığı rolu yüksək qiymətləndirərək, professor Şaqibə Əhmədovanın da bu silsilədə seçilən görkəmli simalardan biri olduğunu qeyd edib. Onun Səmərqəndin elmi mühitində və ictimai həyatında mühüm xidmətlər göstərdiyini vurğulayan H.Quliyev, Əhmədovanın adının institut auditoriyasına verilməsini həm xatirəyə ehtiram nümunəsi, həm də gələcək nəsillər üçün ilham mənbəyi adlandırıb.

Professor Əhmədovanın qızı, Sevinc Məmmədova çıxışında anasının elmi və ictimai fəaliyyətindən, Səmərqəndlə bağlı şəxsi xatirələrindən söz açıb. O, anasının adının əbədiləşdirilməsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan səfirliyinə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə və institut rəhbərliyinə minnətdarlığını bildirib.

Sonrakı çıxışlarda dosent Gülcamal Həsənova, Şaqibə xanımın tələbələri professor Nurmahmetov Ruzbayev, dosent Fəridə Əhmədcanova, həmçinin Qızıl Aypara Cəmiyyətinin Səmərqənd vilayəti üzrə sədri Heydər Xolov, ictimai xadim Seyid Rza Əlizadənin nəvəsi Fərhad Əlizadə və digər iştirakçılar Şaqibə Əhmədovanın pedaqoji və insani keyfiyyətlərindən bəhs ediblər. Onlar onun elmə, təhsilə və ictimai həyata verdiyi töhfələri yüksək dəyərləndiriblər.

Tədbirin bədii hissəsində yerli azərbaycanlı sənətçilər milli musiqilərimizi və muğamlarımızı ifa ediblər.

Yeni yaradılmış Azərbaycanşünaslıq auditoriyası yalnız professor Şaqibə Əhmədovanın xatirəsini əbədiləşdirməklə kifayətlənmir, həm də Azərbaycan mədəniyyətinin və tarixinin təbliği üçün mühüm mərkəz kimi fəaliyyət göstərəcək. Auditoriyada Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə dair nəşrlər, Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş kitablar, milli atributlarımız, incəsənət xadimlərimizin portretləri və müxtəlif mədəniyyət nümunələri sərgilənir. Burada Azərbaycan dili dərslərinin təşkili, seminarlar və elmi-mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri