Şəmkir bazarında İNSİDENT: arabaçı “parkovşik”i döydü
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şəmkirdə bazarda dava olub.
Lent.az xəbər verir ki, hadisə Çinarlı qəsəbəsində yerləşən “Səbət” bazarında qeydə alınıb.
Bazarda araba ilə yük daşıyan 28 yaşlı Fərid Zamanov (şərti adla) avtomobillərin hərəkətinə nəzarət edən zərərçəkmiş Yusifi (şərti adla) yumruq zərbəsi ilə döyüb. Nəticədə zərərçəkmiş xəsarət alıb.
Yusifin şikayəti əsasında F. Zamanov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, arabasını yolun kənarında saxladığı vaxt Yusif yaxınlaşaraq ondan arabanı kənara çəkməsini tələb edib, bundan sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətdiyindən əsəbiləşərək yumruqla onun baş nahiyəsindən vurub. F. Zamanov yekunda əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını deyib.
Zərərçəkən Yusif də həmçinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə F. Zamanov elektron qolbaq taxmaqla, 240 saat ictimai işlər cəzasına məhkum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 21 Avqust 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















